Bu şəhərdə uşaq dünyaya gətirmək qadağandır - Foto
Bizi izləyin

Digər

Bu şəhərdə uşaq dünyaya gətirmək qadağandır - Foto

1986-cı il 26 aprel tarixində Çernobıl atom elektrik stansiyasının dördüncü reaktorunda texnogen fəlakət baş verdi. Partlayış nəticəsində səmaya Hirosima bombardmanından 400 dəfə çox reaktiv maddələr səpələndi. Çernobıl fəlakətinin dünyada məşhur olmasına baxmayaraq, onun haqqında faktları çox az adam bilir.

Bu fəlakət 7-ci dərəcəli təhlükə olmaqla hələ də qalmaqda davam edir.

Çelnobılda baş verən fəlakət təkcə SSRİ üçün yox, bütün dünya üçün təhlükə olub. Nüvə qəzaları və fəlakəti üçün Rixter şkalasına bənzər Beynəlxalq nüvə hadisələri şkalası ixtira olunub. Şkala 7 baldan ibarətdir. Çernobıl şkala üzrə 7 balla (qlobal nəticəli lokal fəlakət) qiymətləndirilir.

Çernobıl fəlakətində Belorusiya 70% radiasiya çirklənməsi aldı.

Bəli, Ukraynadan çox Belarus dövləti ziyan çəkdi. Bundan sonra 100 minlərlə insan radiasiya çirklənməsinə məruz qalır. Nəticədə, leykamiya, qalxanvari vəzin xərçəngi, qan-damar sisteminin xəstəlikləri geniş yayılmağa başladı.

İqtisadi planda Belarusiya 235 milyard dollar ziyana düşdü.

Radioaktiv yağıntılar İrlandiyaya da düşüb.

Çernobıl faciəsi əbəs yerə 7-ci dərəcə ilə qiymətləndirilmir. Dörd nömrəli reaktorun partlaması nəticəsində atılmış radioaktiv materiallar qlobal nəticələrə səbəb olub. Bir neçə gündən sonra İrlandiya da daxil olmaqla bütün Avropada radioaktiv yağışlar yağmağa başladı.

Hələ də 7 milyon insana müvazinət ödənilir.

Rusiya, Ukrayna və Belarusda yaşayan 7 milyon insana indiyədək müxtəlif maddi yardım və müvazinət ödənilir.

Ukraynada məxaricin 5-7 %-i “çernıbılılara” ödənilir. Bu faiz Belarusda 6,1 təşkil edir.

Radioaktiv materialın 97%-i hələ də sərdabənin dağılmış 4-cü reaktorunda yerləşir.

Radioaktiv maddələr sərdabə içində saxlanılır, lakin sərdabənin artıq damı uçub və divarları çatlayıb. Onu bərpa etmək üçün 2 milyard dollar lazımdır. Ukraynanın isə bu qədər pulu yoxdur və digər ölkələr də, maddi yardım göstərməyə səy göstərmir.

1999-cu ilin avqust ayında ilk dəfə burada uşaq dünyaya gəlib. Bu haqda məlumat alan məmurlar şokda idi. Hesab olunur ki, Mariya təhlükəli zonada doğulmuş ilk uşaqdır. Lakin 1987-ci ildə də Çernobıl ərazisində bir qız uşağı dünyaya gəlib. Bundan sonra ailə tezliklə ərazidən qaçıb. Ümumiyyətlə, Çernobıl bütün şəhərlər kimi həyat fəaliyyətini davam etdirir, ancaq şəhər uşaqsızdır. Burada uşaqlara yaşamaq qadağandır.

1 yanvar 2011-ci ildə Ukraynanın Fövqəladə Hallar Nazirliyi Çernobıl şəhərinin qapılarını turistlərin üzünə açdı. "Forbes" jurnalına əsasən, Çernobıl AES ərazisi planetin ən ekzotik turizm zonası hesab olunur.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm