• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident Latviya və Andoranın keçmiş Baş nazirlərini qənul edib - FOTO

  • Digər
  • 26 Aprel 2014 15:14
  • 463 Baxış
Prezident Latviya və Andoranın keçmiş Baş nazirlərini qənul edib - FOTO

Prezidenti İlham Əliyev aprelin 26-da Andorra Knyazlığının keçmiş Baş naziri Oskar Ribas Reyqi qəbul edib.

Görüşdə Azərbaycanla Andorra Knyazlığı arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev bu gün Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı da qəbul edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR