Digər
Heydər Əliyev mərkəzindən Bakı sakinlərinə sürpriz - FOTOLAR
Heydər Əliyev Mərkəzinin binası üzərində videomappinq-installyasiya nümayiş etdirilib.
İnstallyasiyasının süjeti Azərbaycan incəsənətini əhatə
edib.
Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü
rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycan
incəsənətinin müxtəlif dövrlərinə səyahət etmiş, ən önəmli
hadisələri, ən maraqlı və dəyərli sənət nümunələrini bu müasir
audio-vizual formatda izləyiblər.
Müasir audio-vizual formatda təqdim olunan görüntülər, o cümlədən
Azərbaycan xalçaları, Dədə Qorqud, Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər
Sabir, Üzeyir Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə, Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev – böyük maraqla
izlənilib.
İnstallyasiya tanınmış pianoçu və bəstəkar, Əməkdar Artist İsfar
Sarabskinin musiqisi ilə müşayiət olunub.
Video installyasiya “Hypnotica Visual Performance” komandası
tərəfindən təqdim edilib.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı