Ehtiraslı müğənni biabır etdi: “Tanınmış iş adamı ilə eşq yaşayıb...” - Fotolar
Bizi izləyin

Digər

Ehtiraslı müğənni biabır etdi: “Tanınmış iş adamı ilə eşq yaşayıb...” - Fotolar

Ehtiraslı müğənni biabır etdi: “Tanınmış iş adamı ilə eşq yaşayıb...” - Fotolar

“Ulduzlu axşam”ın qonağı cazibədarlığı ilə hər zaman xanım həmkarlarının qısqanclığına tuş gələn ehtiraslı müğənni Afaq Aslandır. Elə cavabları ilə də yandırıb-yaxdı. Kimləri? Özündən eşidək.

“Tanınmış iş adamı ilə eşq yaşayıb, sonra da...”

- Gənc müğənnilər arasında paxıllığını çəkən həmkarların varmı?

- Oyy, o qədər… Son zamanlar gənc müğənnilər arasında elələri var ki, məni qısqanır, özlərinə güclü rəqib sayır. Yüz faiz onu da bilirəm ki, durmadan ayağımın altını qazıyırlar, mənim parıldayıb üzə çıxmağımı istəmədikləri üçün min cür vasitələrə əl atırlar. Məqsədləri məni qaralamaq və sevənlərimin gözündən salmaqdır.

Onlar qorxurlar ki, birdən vurub onları keçərəm. Hətta mənim efirlərə çıxmağıma belə maneələr yaradırlar. Canlarına niyə belə qorxu düşüb, bilmirəm.

- Bəlkə səninlə qalmaqal yaradıb,əvəzində reklam olunmaq fikrirləri var,ona görə hər vəchlə səni özündən çıxarmaq istəyəyirlər?

- Əslində elədir. Dəfələrlə məni qalmaqala çəkmək fikrində olan müğənnilərlə qarşılaşmışam. Amma onlar özləri də yaxşı bilir ki, mən indiyə kimi bütün qalmaqallardan qaçmışam. Mən sənətə qalmaqalla gələn müğənnilərdən deyiləm. Sadəcə, elə müğənnilərə üzümü tutub demək istəyirəm ki, siz mənim qabağıma nə qədər kötük dığırlasanız da, mənə heç nə edə bilməyəcəksiniz, mən yenə də uğurlarıma nail olacağam. Afaq Aslan zəif müğənni deyil ki, gücünə, sənətinə güvənə bilməyən həmkarları ilə mübarizə aparsın. Mənimlə rəqabət aparmaqdansa, çalışın sənətinizdə uğur əldə edib qabağa gedəsiniz. Bir də vallahi, paxıllıq insanı tez qocaldır. Müğənni tanıyıram ki, sənəti və yaradıcılığı ilə deyil, tanınmış iş adamı ilə eşq yaşayıb, şəxsi həyatı ilə gündəmə gəlir. Mən isə şükür Allaha, sənət və yaradıcılığımla gündəmdəyəm.

- Afaq, söhbət kimdən gedir, bəlkə açıqlayasan?

- (Gülür) Özü bilir.

- Bəlkə onların yuxusunu ərşə çəkən, belə deyim də, kürkünə birə salan sənin cazibədarlığındır?

- Hər halda məni özlərindən gözəl hesab edirlər. Əslində bu elə belədir ki, var. Özlərini zəfi bənd hesab edirlər, deyə bilmirlər, neyləsinlər?

“Sevgililərinin 40 nəfərini üst-üstə qoymaq lazımdır ki, mənim sevgilimə çata bilsinlər”

- Paxıllıq hansı formada və harda özünü biruzə verib ki?

- Getdiyim məclislərdə açıq-aşkar mənə eşitdiriblər ki, Afaq Aslan soyunmaqla gündəmə gəlib. Halbuki görürlər ki, mənim bədən ölçülərim buna imkan verir. Mən burdan onlara səslənmək istəyirəm ki, sevgililərinin 40 nəfərini üst-üstə qoymaq lazımdır ki, mənim sevgilimə çata bilsinlər. Siz də soyunun də, niyə soyunmursunuz? Çünki məndə olan gözəllik sizdə yoxdur axı. Gərək zahiri görünüşün, bədən ölçülərin buna imkan versin ki, dekolte, ya mini geyinəsən. Bu da onları yandırıb-yaxır. Hətta mənə telefonla zəng edib aşkar şəkildə üzümə qarşı paxıllığını nümayiş etdirən həmkarlarım var. Mən həmin şəxslərə demişəm ki, sən nə haqla mənə zəng edib rahatlığımı pozursan? Sonra da telefonu üzünə qapamışam. Çox olub belə hallar.

- Nə deyiblər ki?

- Heç bunu açıqlamaq istəmirəm də.

- Bəlkə ay Afaq, sevgililərini sənə qısqanırlar, qorxurlar ki, əllərindən alarsan?

- Ay sağ ol, bayaqdan elə bunu demək istəyirdim. Şou-biznesdə elə xanım sənətçilər var ki, sevgilisinə etibar etmirlər və xanım kimi özlərinə güvənləri yoxdur. Çoxları qorxur ki, ay aman, birdən sevgilim məni atar, gedər Afaqın yanına. Bu barədə həddən artıq müğənnilər məni qısqanır. Onları bir müğənni kimi yox e, sadəcə, bir gözəl xanım kimi məni sevgililərinə qısqanırlar. Amanın günüdür, birdən sevgilimiz Afaqa aşiq olar deyə içlərini didib-parçalayırlar. Burdan da ancaq bir nəticə çıxarmaq olar; ya onların sevgilisi onları sevmir, ya həmin xanımların sevgililərinə güvənləri yoxdur. Gör özlərini nə qədər yaraşıqsız sayırlar ki, bu qənaətə gəlirlər. Qoy həmin müğənnilər bu yazını oxusunlar və bilsinlər ki, ay yazıqlar, mən heç kimin sevgilisinə qalmamışam və heç kimin də sevgilisinə zərrə qədər ehtiyacım yoxdur.

“Sən özünə dəyər versən, kişi sənin arxanca qaçacaq”

- Bəs sən özün necə qısqancsanmı, sevgilini digər müğənnilərə qısqanırsanmı?

- Qısqanc olmağına qısqancam, çünki sevən kəs mütləq qısqanmalıdır. Amma mən özümə elə güvənirəm, sevgilimə elə etibar edirəm ki, onu hansısa müğənni xanıma qısqanmağı həyatı boyu ağlımın ucundan da keçirmirəm. Bu da mənim özümə və ona inamımıdan irəli gəlir. Amma müğənnilər var ki, nə özlərinə güvənirlər, nə də sevgililərinə etibar edirlər. Elə müğənnilər var ki, yazıq sevgililərinin gününü də qara ediblər, bütün günü telefonlarını yoxlayırlar, mesajlarını yoxlayırlar, hətta ardınca adam da salırlar, hara getdiyini, hardan gəldiyini öyrənmək üçün. Mən onlara demək istəyirəm ki, qadın özünə hörmət etməyi bacarmalıdır, qadın kişinin arxasınca qaçdıqca gözdən düşür. Əksinə, sən özünə dəyər versən, kişi sənin arxanca qaçacaq.

- Yəni sən bir dəfə də olsun sevgilinin telefonunu qurdalamamısan?

- Yox, amma bu günkü gündə o, məni hər an itirməkdən qorxur.

- Bəs o?

- Baxır, baxır…

- Sən onu itirməkdən qorxmursan?

- Yox. Çünki ortada böyük bir sevgi var. Həm də çox dərin.

- Gözdən-nəzərdən qorxmursan ki?

- Qoruyucu mələklərim var, nədən qorxacağam ki?

“Sevgilim hər saniyəmi güdür”

- Sənətdə olan xanımsan. Təbii ki, sevgilindən başqa sənə eşq elan edənlər də çoxdur. Zənglər, təkliflər olur?

- Əlbəttə, olur. Amma sevdiyim insan bilir ki, sənət adamı üçün belə şeylər təbii haldır. O, mənə etibar edir deyə çox da əhəmiyyət vermir belə şeylərə. Amma dəhşət qısqanc adamdır. Hətta hər saniyəmi güdür.

- Hesab sorur hər an?

- Sormasa da harda olduğumu bilir. Çox yerə tək getsəm də üzərimdə nəzarət olur. Mən özümü heç yerdə tək hesab edə bilmirəm. Bax indi burdayıq, o, dəqiq bilir ki, müsahibə verirəm.

- Sənətinə mane olmur ki?

- Qətiyyən, əksinə, o, mənim nömrə bir olmağım üçün mənə dəstək olur.

- Səncə, nəyi sənə bağışlamaz?

- Yalan və xəyanəti. Mən də ona bağışlamaram. Qabaqcadan şərt kəsmişik.

“O müğənnilərdən deyiləm ki, toydan qazandığım pulla sevgilimə sponsorluq edim”

- Bildiyimə görə sevgilin səni şou-proqramlara da buraxmır?

- Nə toylara, nə də şou-proqramlara getmirəm. İstəmir bunu. Sevgilim sənətimlə ucalmağımı istəyir, amma bu sənətlə pul qazanmağımı istəmir. Sevgilim əsil Azərbaycan kişisidir. Bilir ki, qadının maddi xərclərini özü ödəməlidir.Elə düz də edir ki, toya və şou-proqramlara getməyimi istəmir. Mən o müğənnilərdən deyiləm ki, toydan qazandığım pulla sevgilimə sponsorluq edim. Var belə müğənni xanımlar. O qədərdir…

“Həyatımda yeni bir səhifə açdım”

- Saçlarının rəngini də dəyişmisən.Yeni imic, yeni əhval-ruhyyə - deməli türklər demiş havada aşq kokusu varmış...

- Var, var… Bir qadın əgər saçının rəngini dəyişirsə, deməli bütün həyatını dəyişir. Həyatımda olan köhnə şeylərə son qoydum, həyatımda yeni bir səhifə açdım. Həm sevirəm, həm də sevilirəm.

- Bu sevgini rəsmiləşdirməyi düşünmürsən hələ?

- Yox. Birinci sənət uğurlarımı artırmalıyam, sonra.

- Yeri gəlmişkən, sənətdə hansı yeniliklərin var?

- Türkiyədə yeni bir klip çəkilişinə hazırlaşırıq. Üzümüzə gələn yayda. Yeni bir mahnını radiolara vermişik. "Qayıt gəl" adlı həmin mahnının bəstəkarı və söz müəllifi Nurlan Təhməzlidir. Lirikadır və artıq sevilməyə başlayıb. O mahnının da klipinə hazırlaşırıq. Azər Nəsibovdan gözəl bir mahnı almışıq. Yayın hitinə çevriləcəyinə əminəm.

- Duet təklifləri alırsanmı?

- Çox olur,amma hazırda solo fəaliyyətimlə məşğulam. Nə vaxtsa buna baxaram.

- Kiminlə duet oxumaq istərdin?

- Sərdar Ortac və Kənan Doğulu ilə.

Cəvahir Səlimqızı

Foto:Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm