AB və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları açıqladı
Bizi izləyin

Digər

AB və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

Vaşinqton Rusiyanın Ukraynada apardığı siyasətə cavab olaraq yeni sanksiyalar qəbul edib. Sanksiyalar Rusiyanın daha 7 vətəndaşına və 17 şikayətinə şamil ediləcək.

Vaşinqton Rusiyanın Ukraynada apardığı siyasətə cavab olaraq yeni sanksiyalar qəbul edib. Sanksiyalar Rusiyanın daha 7 vətəndaşına və 17 şikayətinə şamil ediləcək.

Həmin şəxslər arasında Putinin yaxın ətrafına daxil olan iki şəxs də var. Onların aktivləri dondurulacaq, ABŞ-a viza ala bilməyəcəklər. 17 şirkət isə bütünlüklə prezidentin yaxın ətrafına aiddir. Bu barədə Ağ Evin açıqlamasında deyilir.

Sanksiyaların təsiri altına həmçinin, Rusiya prezidentinin Krımdakı nümayəndəsi Oleq Belaventsev, “Rostex” korporasiyasının direktoru Sergey Çemezov, baş nazirin müavini Dmitri Kozak, “Rosneft”in başçısı İqor Seçin, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov, FSO direktoru Evgeni Murov və Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodon də var.

Avropa Birliyi (AB) ölkələri ərazisinə girişi qadağan edilən və Avropa banklarında hesabları dondurulan Rusiya vətəndaşlarının siyahısı da genişləndirilib. Buna səbəb Kremlin Ukraynadakı gərginliyin aradan qaldırılmasında yetərli səy göstərməməsidir.

Yeni siyahıya Rusiya rəhbərliyinə yaxın daha 15 nəfərin adı daxil edilib. AB üzvü olan ölkələrin 28 diplomatının bu ortaq qərarı “üçüncü dərəcəli” sanksiyalar sayılır və Rusiyanı maliyyə bazarlarından təcrid eləməyə yönəlib. Bu sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir.

Qərar milli hökumətlər tərəfindən təsdiqlənəndən dərhal sonra qüvvəyə minəcək. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm