Bir sıra vəhşi qətllər törətmiş qadın cinayətkarlar - Foto
Bizi izləyin

Digər

Bir sıra vəhşi qətllər törətmiş qadın cinayətkarlar - Foto

Bir sıra vəhşi qətllər törətmiş qadın cinayətkarlar-Foto

Bir çox insanlar qadını incə məxluq hesab edərək onların zərif ruhlu və sülhməramlı olduğunu düşünür. Lakin bu əsla belə deyil. Tarix elə qadınlar yetişdirib ki, hətta ən qəddar kişinin edə bilməyəcəyi vəhşilik incə məxluqlar tərəfindən törədilib. Bu cür xislətli qadınların sayı çox olsa da bir neçəsini təqdim edirik.

  1. Delfina Lalori

Öldürdüyü insanların sayı: ən azı 10 (lakin 90 nəfərdən də çox olma ehtimalı var)

19-cu əsrdə yaşayan Delfina Yeni Orleanda yaşayan varlı bir həkimin arvadı olub. Madam Lalori kimi tanınan qadın ABŞ tarixində ən qəddar cinayətkarlardan biri hesab olunur. O, sadizmdə və qaradərili qullara qarşı qəddarlıqda günahlandırılır. 1834-cü ildə Madam Lalorinin yaşadığı ev yanır. Yanğınsöndürmə xidməti köməyə gələndə, ayağı sobaya zəncirlənmiş 70 yaşlı qadını görür. Sonradan qadın etiraf edib ki, Madam Lalorinin cəzalarından yaxa qurtarmaq üçün evi yandırmaqla intihar etmək istəyib. Yanğınsöndürənlər evdə çürümüş insan cəsədinin iyini hiss etdikdə evdə axtarış aparmağa başlayıb. Zirzəmiyə daxil olan xilasedicilər gördüklərindən şoka düşüb. Öldürülmüş qulluqçular divara zəncirlənib, qadının birində ağzı tikilib, yarı-canlı qullar qəfəsdə saxlanılıb. Bu azmış kimi xilasedicilər dərisi soyulmuş, içalatı çıxardılmış, bədən üzvləri kəsilmiş qadın qullar da rast gəlib. Delfina o qədər qəddar olub ki, xanımın saçını darayan qulluqçu qızlardan biri təsadüfən saçını dartması nəticəsində, sahibə onu ölümcül döyüb. Hətta, onun əlindən qaçan qulluqçu qızlardan biri özünü pəncərədən ataraq həlak olub.

Hadisələrin üstü açılanda Lalori ailəsi istintaqdan yayınıb qaça bilir. Bir neçə ildən sonra axtarışlar nəticəsində Madam Lalorinin qullar tərəfindən diri-diri basdırılması məlum olub.

  1. Laviniya Fişer

Öldürdüyü insanların sayı: məlum deyil

Laviniya Fişer 1793-cü ildə Cənubi Karolina ştatında anadan olub və ABŞ-ın ilk sıravi qətllər törətmiş qadını hesab edilir. O, əri ilə ölüm cəzasına məhkum olunub. Laviniya Fişerlə bağlı bir sıra əfsanələr mövcuddur. Onlardan biri isə cütlüyün “Six Mile Wayfarer House” adlı mehmanxananı idarə etməsi və orada qalan qonaqları öldürməsi ilə bağlıdır. Yerli polis şöbəsi itkin düşmüş qonaqlar haqda məlumat alırdı, lakin heç bir dəlil-sübut olmadığından Laviniya öz məkrli planını həyata keçirməkdə davam edirdi. Laviniya əvvəlcə qonaqdan pulunun olub-olmamasını soruşardı, sonradan isə onu çay qonaqlağına dəvət edib çayına zəhər və ya yuxu dərmanı atardı. Bir neçə dəqiqədən sonra Laviniyanın əri qonağın otağına daxil olub onun öldüyünə (ölmədikdə isə onu öldürərdi) əmin olduqdan sonra pullarını götürərdi. Öldürmə metodu isə çarpayının altına quraşdırılmış mismar idi. Çarpayının dəstəyini burmaqla çarpayı qatlanır və qonağa sancılır.

Günlərin birində mehmanxanaya gələn qonaq boş otaq istəyir. Lakin Laviniya boş otağın olmadığını və əvəzində isə bir stəkan çay içməyi təklif edir. Qonaq çayı sevmədiyindən gülün dibinə boşaldır. Sonradan məlum olur ki, otaq var və qonaq gecələmək üçün boş otağına aparılır. Qonaq stulda oturarkən qəfildən çarpayının qatlandığını görüb qorxudan pəncərədən tullanır. Baş vermiş hadisə barəsində polisə dərhal məlumat verir. Məhkəmə qərarı ilə Laviniya edam edildi.

  1. Ceyn Toppan

Öldürdüyü insanların sayı: 31

Ceyn 1857-ci ildə dünyaya gəlib. 1901-ci ildə 31 insanı öldürdüyünü etiraf edib. Psixi xəstəlikdən əziyyət çəkən ailədə doğulub. 1885-ci ildə tibb bacısı qismində işləməyə başlayır. Şəfqət bacısı kimi işlədiyi müddətdə xəstələr üzərində təcrübə aparmaqla məşğul olub. Xəstələrin ölməsinə maraqla tamaşa edən Toppan, xəstənin qan damarlarına morfin və atropin yeridirdi. Zəhərin sinir sisteminə necə təsir etdiyinə soyuqqanlıqla baxaraq, huşsuz xəstələrə toxunmaqla seksual həzz alırdı. Ceyn hətta öz bacısını da bu yolla qətlə yetirib. 1901-ci ildə Ceyn yaşlı bir insana qulluq etməyə başlayır. Bir neçə həftə ərzində Ceyn yaşlı insanı və onun 2 qızını qətlə yetirir. Aparılmış ekspertiza nəticəsində, qızların zəhərləndiyi məlum olur və bundan sonra Ceyn həbs edilir. Həbs edilərkən 11 insanı qətlə yetirdiyini boynuna alıb, lakin sonradan bu rəqəmin 31 olduğunu deyib.

Məhkəmə onun psixi vəziyyətinin yaxşı olmadığını qəbul edərək Ceyni Ruhi-Əsəb xəstəlikləri dispanserinə göndərir.

  1. Bell Sorensen Qanness

Öldürdüyü insanların sayı: ən azı 40 nəfər

1859-cu ildə Norveçdə doğulub, lakin ABŞ-da yaşayıb. O, fiziki cəhətdən güclü qadın olub. Qanness öz pərəstişkarlarını hər iki qızını öldürüb. O, hər iki ərinin və onların uşaqlarının da ölümündə təqsirləndirilir. Qannessin öldürməkdə məqsədi sığortaya görə pul və digər dəyərli əşyalar almaq olub.

“Qara dul” adını almış Qannessin ölümü bu günədək müəmmalı olaraq qalır. Polis tərəfindən cinayətkar qadının başsız bədəni aşkarlandı, ancaq DNK analizinin tam uyğun gəlməməsi onun ölümünü sübuta yetirə bilmədi.

  1. Emi Arçer-Gilliqan

Öldürdüyü insanların sayı: 50 nəfər

Emi 1868-ci ildə dünyaya gəlib və qocalar evinin sahibi olub. O, əri də daxil olmaqla qocalar evində daimi qalan insanları zəhərləyərək öldürüb. Evində 48 meyit qeydiyyatdan keçsə də, qətllərin daha çox olduğu güman edilir.

Eminin evində qalan qocaların tez ölməsini görən qohumları şübhələnməyə başladı. Emi qocaların qohumlarından külli miqdarda pul aldıqdan sonra qocalar çox sirli şəkildə ölməyə başlayır. Ölüm hallarının davam etdiyini sezən polis hərəkətə keçir və bir çox qocaların kimyəvi arsen preparatı ilə zəhərləndiyi məlum olur. Aparılmış tədqiqatlar nəticəsinə, Arçer-Gilliganın evindən çoxlu sayda siçan dərmanı tapılır.

O, məhkəmənin qərarı ilə ömürlük həbsə məhkum edildi.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm