"Şou" TV "gey"lər qrupu yaradan Bülənt Ərsoyu qovdu-Proqram bağlandı-VİDEO
Bizi izləyin

Digər

"Şou" TV "gey"lər qrupu yaradan Bülənt Ərsoyu qovdu-Proqram bağlandı-VİDEO

Başladığı ilk gündən qalmaqalları ilə gündəmə glən “Bülent Ersoy Show”un yayımı dayandırılıb

Başladığı ilk gündən qalmaqalları ilə gündəmə gələn “Bülent Ersoy Show”un yayımı dayandırılıb.

Prodüseri “Daha bəsdir, etdiklərinə, kaprizlərinə və əxlaqi dəyərlərinə bundan artıq dözə bilmərik. Bu dəqiqədən etibarən onunla bütün əlaqəmizi kəsdik” deyib.

Rəsmilər, “Show TV-də eyni saatda ya tam fərqli bir şou proqramı olacaq, ya da məşhur sənətçilərin münsif olduğu bir musiqi yarışması keçiriləcək. Amma Bülent Ersoy olmayacaq” deyib.

Onlar Bülent Ersoyun Show TV-yə xahiş-minnətlə gətirildiyini də bildirib.

“Fitnə-fəsadla hamını bir-birinə qarşı düşmən etdi”

“Kanal Bülent Ersoyla işləmək istəmirdi. Prodüseri olaraq xahiş etdim. Əvvəlcə İzzetin verilişdən uzaqlaşmağını təmin etdi. Mənə gəlib İzzət sənə bunu deyir və s. kimi sözlər deyirdi. Çox pis bir vəziyyətə düşmüşdük. Bundan sonra verilişi saxlayacağımı deyəndə davam etmək üçün hər şeyi edirdi. İzzet isə heç bir problem yaratmadan “Bununla hər gün dava etməkdənsə, özüm gedərəm” dedi və getdi”.

“Geylər qrupundan qurtula bilmədik”

“Özünün bir şər qrupu var. Geylərdən ibarətdir. Nə etdimsə onu o qrupdan uzaqlaşdıra bilmədim. Qurtarmaq istədim, amma təəssüf ki, bu cəhdim uğursuz oldu. İnsanı tamamilə səhv istiqamətə yönləndirirlər”.

“Qrup ona dözə bilmədi”

“Ona görə iki dəfə rejissor dəyişdim. Digər qrup da davamlı olaraq dəyişdi. Müqavilədə 7 iş günündən sonra pul ödəməli idi, amma bazar ertəsi saat 09.00-da şirkətimizin mühasibatlığına zəng edərək “Pulum niyə gecikdi?” deyən biri... Hamımız şokda idik və hər həftə onun etdiklərini izləyirdik. Daimi gecikmələr, yayıma 5 saniyə qalmış bütün qrup proqramı bir mahnıyla açırdıq, qonaqları hazırlayırdıq. Çəkiləsi dərd deyildi”.

“Yazıqdır dedik amma…”

“Yazığım gəlirdi, heç kimi yoxdur, neçə ildir tanıyıram. Heç vaxt onunla işləməmişdim. Həmişə məndən istəkləri olub. İşlərinə kömək etməyə çalışırdım. Amma onunla əsla iş görmək olmaz. İş intizamı sıfırdır. Hər kəsin ondan niyə qaçdığını və işləmədiyini anladım”.

“Gənc qızı qolundan tutub çölə atmağı son nöqtə idi”

“Bu həftə tamaşaçıların arasında gənc bir qız var idi. Hər kəsin gözü qarşısında səhnədən enərək, tamaşaçıların arasına girib o qız uşağını qolundan tutub çölə atdı. 17-18 yaşlı tələbəyə, həm də günahı olmadan belə etməsi mənim vicdanımı oyatdı. Bundan sonra isə özü ilə sağollaşdım. Allah yolunu açıq etsin. Amma bu başla heç bir yerdə işləyə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm