İlham Əliyev sükan arxasında - VİDEO, FOTO
Bizi izləyin

Digər

İlham Əliyev sükan arxasında - VİDEO, FOTO

Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilib. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət alıb. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulub.

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı. Məlumat verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcək.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi. Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm