• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

  • Digər
  • 2 May 2014 19:20
  • 514 Baxış
İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir:

"Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR