Ukraynadan ən son xəbərlər: Ölü sayı durmadan artır
Bizi izləyin

Digər

Ukraynadan ən son xəbərlər: Ölü sayı durmadan artır

Ukraynanın şərq və cənub bölgələrində yaşanan vətəndaş müharibəsində ölü sayı artmaqda davam edir.

Ukraynanın şərq və cənub bölgələrində yaşanan vətəndaş müharibəsində ölü sayı artmaqda davam edir.

Publika.az xəbər verir ki, hazırda hadisələr Slavyansk və Kramatorsk şəhərlərində daha dramatik hal alıb. Separatçıların yollarda qurduğu barikatlara hücum edən “Sağ sektor” üzvülərinin açdığı atəş nəticəsində 20-dən çox adam həlak olub.

Separatçıların komandirlərindən biri “İtar-Tass”a açıqlamasında bildirib ki, ATƏT-in müşahidəçilərinin azad edilməsindən sonra Avromaydan tərəfdarları ilə federasiya tərəfdarı arasındakı qarşıdurmada 4-ü silahlı olmaq üzrə 15 adam həyatını itirib.

Ukrayna ordusundan isə 2 əsgərin öldüyü və 12 əsgərin də yaralandığı bildirilib. Hazırda ordu əməliyyatları davam etdirir.

Slavyansk ilə Kramatorsk arasındakı yolu bağlayan Ukrayna ordusu, Kramatorsk televiziya mərkəzini ələ keçirib və yenidən Ukrayna televiziyalarının yayımı bərpa olunub.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm