İlham Əliyev İsrail prezidentini təbrik etdi
Bizi izləyin

Digər

İlham Əliyev İsrail prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.

Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

"İsrail dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm