Türkiyənin Krım türkləri ilə bağlı Rusiyaya son xəbərdarlığı
Bizi izləyin

Digər

Türkiyənin Krım türkləri ilə bağlı Rusiyaya son xəbərdarlığı

Türkiyənin Xarici İşlər Nazirliyi Krım tatarlarının lideri Mustafa Cəmil Kırımoğlunun Krıma girişinin qarşısının alınmasını pisləyib.

Türkiyənin Xarici İşlər Nazirliyi Krım tatarlarının lideri Mustafa Cəmil Kırımoğlunun Krıma girişinin qarşısının alınmasını pisləyib.

Nazirliyin Krım Tatar Milli Məclisinin (KTMM) ləğvedilməsi istiqamətindəki təhdidlərə diqqət çəkilən yazılı açıqlamasında qeyd olunur:

"Krım tatar türklərinin rəhbəri cənab Mustafa Əbdülcəmil Kırımoğlunun 3 mayda ana vətəni Krıma girməsinə maneə törədilməsinin hər hansı bir qanuni təməli və izahı yoxdur. Heç bir şəkildə qəbulu mümkün olmayan bu hadisəni qınayırıq.

Krım Tatar Türklərinin demokratik haqq və azadlıqlarına və yeganə qanuni təmsil orqanına lazım olan hörmətin göstərilməsini gözləyirik".

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm