Əhməd Cavad Ankarada anıldı
Bizi izləyin

Digər

Əhməd Cavad Ankarada anıldı

Əhməd Cavad Ankarada


Ankarada Azərbaycan Tələbə Birliyi tərəfindən Türkiyənin Hacettepe Universitetində istiqlal şairimiz Əhməd Cavadın doğumunun 122-ci ili münasibətilə tədbir keçirilib.

Birlikdən Publika.Az-a verilən məlumata görə, tədbir Türkiyə və Azərbaycanin dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbirdə azərbaycanlı araşdırmaçı yazar, fəlsəfə doktoru Azər Turan, “TOBB ETÜ”-nün professorları Toğrul İsmayıl və Saleh Sultansoy, Türkiyə ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak edib.
Toplantıda Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxundu. Sonra araşdırmaçı Azər Turan qonaqlara Əhməd Cavadın həyatı və əsərləri , eyni zamanda 1937-ci ildə Stalinin əmriylə aparılan və 350 min ziyalının fiziki cəhətdən yox edilməsi ilə nəticələnən repressiya ilə əlaqədar geniş məlumat verib.

Natiqlər tədbirin Azərbaycan və Türkiyə dostluğunun daha da möhkəmlənməsinə və Əhməd Cavadın həyatına və əsərlərinə marağın artmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Tədbirin sonunda “Cavid Ömrü” nümayiş etdirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm