Sizi heyrətləndirəcək 20 gerçək
Bizi izləyin

Digər

Sizi heyrətləndirəcək 20 gerçək

Dünyanın ən böyük sual-cavab şəbəkəsi olan “Quora”da soruşulan suallardan biri “Sizi heyrətləndirən ən maraqlı məlumat nədir?” olub

Dünyanın ən böyük sual-cavab şəbəkəsi olan “Quora”da soruşulan suallardan biri “Sizi heyrətləndirən ən maraqlı məlumat nədir?” olub.

Publika.Az həmin cavablardan ən maraqlılarını təqdim edir.

1. Düz 22 il ərzində tək başına işləyərək dağı dəlib yol yaradan Daşrat Manchi. Hindistanın ucqar və kasıb bir kəndində yaşayan Daşrat ən yaxın həkim 70 kilometr uzaqda olduğu üçün arvadını itirib. Bundan sonra 1960-cı ildə əlinə külüng götürərək aradakı yolu 40 km-ə qədər qısaldıb. 22 il sonra 110 metr uzunluğunda və 9 metr genişliyində yolu tamamlayır.

2. Sakit okeanda kiçik bir ada ölkəsi olan Tuvalu hər il heç nə etmədən 4 milyon dollar qazanır. Bunun səbəbi ölkənin qısaltmasının TV olması və Tv domen adlarının satışından əldə edilən gəlirlərdən pay almalarıdır.

3. Marie Kurienin iş qeydləri hələ də həddindən artıq radioaktivdir. Buna görə xüsusi icazə və xüsusi paltarlarla görünə bilər. Ümid edirəm ki, Marie Kurienin radiologiya elminin qurucusu olduğunu deməyə ehtiyac yoxdur.

4. 1800-cü illərin ortasına qədər xərçəng kasıb təbəqənin sevimli yeməyi idi. Əvvəllər ən kasıblar və qullar xərçənglə qidalanıb. Hətta xərçəng yemək siçan yeməklə eyni səviyyədə eyni imiş. İndi isə ən kübar cəmiyyətin yeməklərindəndir.

5. Berlin divarı dağıdılsa da, hələ də kosmosdan baxanda Şərqi Almaniya və Qərbi Almaniya çox dəqiq görünür. Səbəbi isə hər iki tərəfin işıqlandırma dizaynının fərqli olmasıdır.

6. Titanik batmazdan 14 il əvvəl kitabı yazılıb. 1898-ci ildə yazılan kitabın adı “Titanın Qalıqları”dır. Bəli, ilk diqqət çəkən bənzərlik kitabda batan gəminin adının Titan, gerçəkdəkinin isə Titanik olmasıdır. Amma tək oxşarlıq sadəcə bu deyil.

1-Titanik haqqında heç vaxt batmaz deyilirdi. Kitabda Titan haqqında eyni fikirlər deyilib.

2-İkisinin də tutumu 3000 nəfər olub.

3-Titanik 14 aprel 1912-ci ildə Atlantik okeanda aysberqə dəyərək batır. Kitabda izah edilən Titan da eynən bu şəkildə batır. Qəzadan sonra kitabın yazarı bu kitabın içindəkiləri yuxumda görmüşdüm. Maraqlıdır elə?

7. Rusiya Plutondan daha böyükdür.

Pluton: 16.650.000 kvadrat kilometr

Rusiya: 17.075.000 kvadrat kilometr

8. Dünyanın ən yüksək nöqtəsi Everestdə 3G tutar. Everest parkurundakı 5200 metr yüksəkliyi olan ilk düşərgə yerinə qurulan baza stansiyası sayəsində bütün Everestdə mobil telefondan istifadə bilərsiniz.

9. “Gravity” filminin büdcəsi 100 milyon dollar, “Hindistan Mars Peyki” layihəsinin ümumi büdcəsi isə 73 milyon dollardır.

10. Normal kola suda batsa da, dietik kola şüşəsi suda batmır.

12. Paraqvay bayrağı dünyadakı önü və arxası fərqli olan yeganə bayraqdır. Bayrağın ortasındakı loqo öndə başqa cür, arxada bir başqa cürdür.

13. Super Mario oyunundakı buludlarla kollar eyni formadadır. Sadəcə olaraq buludlar ağ, kolluqlar yaşıl rənglə rənglənib.

14. Həddindən artıq səssizlik sizi dəli edə bilər. Dünyanın ən səssiz yeri Orfield laboratoriyalarındakı əks-səda otağıdır. Səs dalğalarının 99.99%-ni uda bilən otaq insanlara həqiqətən də çox güclü təsir edə bilir. Orada müəyyən müddət vaxt keçirən insanlar əcaib varlıqlar görməyə başlayır. 45 dəqiqədən artıq dözə bilən olmayıb.

15. Dubaydakı Bürc Xəlifə göydələni o qədər yüksəkdir ki, günəşin doğuş və batışını 2 dəfə izləyə bilərsiniz. Binanın başına çıxanda o qədər yüksəkdə olursunuz ki, hətta dünyanın dairəvi olduğunu belə görə bilərsiniz.

16. Venerada 1 gün 1 ildən daha uzundur. Veneranın öz ətrafında 1 dəfə fırlanması dünya vaxtı ilə 243 gün çəkir. Günəş ətrafında 1 dəfə fırlanması isə 224.7 gün.

17. Bir banka balı 3000 il saxlaya bilərsiniz.

18. Bütün internet şəbəkələri 540 milyard trilyon elektron ilə bir-birinə bağlıdır. Ümumi ağırlıqları isə təxminən 1 çiyələk qədərdir.

19. Oyun kartlarındakı keşişlərdən sadəcə kubok keşişinin bığı yoxdur.

20. Pablo Eskobarın narkotik karteli o qədər böyük idi ki, hər il 2500 dollarlıq şin alınırdı. Pulları saxlamaq üçün.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm