• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

NATO hər an Rusiyaya zərbə endirə bilər: Dəhşətli müharibə

  • Digər
  • 9 May 2014 02:23
  • 3 323 Baxış
NATO hər an Rusiyaya zərbə endirə bilər: Dəhşətli müharibə

Bəzi rusiyalı ekspertlər Ukrayna məsələsinə görə Rusiya - NATO qarşıdurmasına aydılıq gətirib.

Onların qənaətinə görə, Rusiya Ukraynaya qoşun yeridərsə, NATO qüvvələri yalnız 3 sutkadan sonra özünü toparlaya blər. Təbii ki, bu da gecdir.

Ekspertlərə görə, sərhədlər yaxınlığında hərbi manevrlər edən Rusiyanın yaxın günlərdə Ukraynaya girməsi qaçılmazdır. Bu zaman 40 min hərbçi qonşu ölkənin dərinliklərinə hərəkət edəcək. Daha sonra isə bu say 200 minə çatacaq, bu rəqəm az qala Rusiya ordusunun yarısı deməkdir. Rusiya çalışacaq ki, 2 istiqamətdən - Kiyev və Odessa üzərindən Dnestryanı bölgəyə çıxış əldə edə bilsin. Təbii ki, NATO da boş dayanmayacaq. Qarşıdurmanın ilk həftəsində minlərlə rus hərbçisi dünyasını dəyişəcək. Bu statistikanı Rusiya Müdafiə Nazirliyi çoxdan hesablayıb.

Ekspertlər hesab edib ki, Ukrayna ordusunun 72 saat ərzində Rusiya təzyiqlərinə qarşı mübarizə apara bilməsi vacibdir. Bu zaman rus ordusunun dağılması, parçalanması qaçılmaz olacaq. Hərbi mütəxəssislər bilidirir ki, hazırkı məqamda NATO qüvvələri ilə Rusiya ordusu müqayisə edilə bilməz. Çünki birincinin ən azı 100 qat üstünlüyü var. Rusiya aviasiyası 30 il bundan öncənin texnikasıdır.

Xatırladaq ki, nüvə silahının tətbiqinə gəlincə, ekspertlər bunu mümkünsüz sayıblar. Əlavə ediblər ki, bu silah müharibələrdə tətbiq olunmur. Rusiyanın belə addıma əl atacağı isə qeyri-real görünür. /Axar.az/

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR