“Eurovision-2014”ün finalçıları məlum oldu - YENİLƏNİB
Bizi izləyin

Digər

“Eurovision-2014”ün finalçıları məlum oldu - YENİLƏNİB

Bu gecə “Eurovision-2014” mahnı müsabiqəsində ikinci yarımfinal mərhələsi keçiriləcək. Bu mərhələdə 15 ölkənin nümayəndələri çıxış edəcəklər.

Bu gecə “Eurovision-2014” mahnı müsabiqəsində ikinci yarımfinal mərhələsi keçiriləcək. Bu mərhələdə 15 ölkənin nümayəndələri çıxış edəcəklər.

İkinci yarımfinalda iştirakçı ölkələrlə yanaşı Almaniya, Fransa və Böyük Britaniyadan olan peşəkar münsiflər heyəti səs verəcək. Onların səsləri ümumi səslərin 50 faizini təşkil edəcək.

Hər münsiflər heyəti sədrdən və 5 üzvdən ibarətdir. Münsiflər heyətlərinin hər bir üzvü hər ölkəyə 1-dən 12-yə qədər səs verə bilər.

Səhnədə əvvəlcə Maltanın “Firelight” folklor qrupu, sonra ardıcıl olaraq İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Finlandiya, İrlandiya, Belarus, Makedoniya, İsveçrə, Yunanıstan, Sloveniya və Rumıniya nümayəndələri çıxış edəcəklər.

Finalda yalnız 10 ölkənin nümayəndələri yarışacaqlar. İkinci yarımfinaldan sonra püşkatma keçiriləcək və şənbə günü, mayın 10-na təyin edilmiş finalda müsabiqə iştirakçılarının hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunacaq.

02:26

Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Finala 10 ölkə - İsveçrə, Sloveniya, Polşa, Rumıniya, Norveç, Yunanıstan, Malta, Belarus, Finlandiya, Avstriya vəsiqə qazanıb.

May ayın 10-da keçiriləcək finalında ümumilikdə 26 ölkə iştirak edəcək. Bunlar “böyük beşlik” ölkələri - Almaniya, İtaliya, İspaniya, Fransa və Böyük Britaniya, ev sahibi Danimarka, eləcə də, hər yarımfinaldan seçilən 10 ölkədir.

Birinci yarımfinalda Azərbaycan, Monteneqro, Rusiya, Macarıstan, Ermənistan, San-Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiya finala vəsiqə qazanmışdı. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm