Digər
Elşad İskəndərova VƏZİFƏ verildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib.
AzVision.az xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər
Forumunun (DƏ İKGF) İstanbuldakı Baş Qərargahından AzNews.az-a
verilən məlumata görə, Elşad İskəndərov yenidən bu beynəlxalq
qurumun Baş Katibi vəzifəsinə
seçilib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan
Forumun İdarə heyətinin bu barədə
müvafiq qərarını DƏ İKGF-nin
Prezidenti Əli Sarıkaya 6 may
2014-cü il tarixində imzalayıb. Qərarda həmçinin Elşad İskəndərova
Forumun Baş Katibi vəzifəsilə yanaşı, qurumun bu il keçiriləcək Baş
Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə
edilib. Fövqəladə və səlahiyyətli səfir ranqı ilə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin diplomatic xidmətində olan
Elşad İskəndərov bu vəzifədə ölkəmizi rəsmən təmsil edəcək.
Xatırladaq ki, 2007-2012-ci illərdə
bu vəzifəni icra etmiş Elşad İskəndərova Azərbaycan Prezidenti
İlham Əliyevin 5 mart 2009-ci il tarixli Sərəncamı ilə fövqaladə və
səlahiyyətli səfir diplomatik ranqı verilib. E.İskəndərov 2012-2014
cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri olduğu dövrdə Forumun Baş Katibi vəzifəsinin
icrasını dayandırıb.
Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu
Forumbeynəlxalq təşkilat statusunda
fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya
Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi
akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də
Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?