Kəmaləddin Heydərov park açılışı etdi - FOTOLAR
Bizi izləyin

Digər

Kəmaləddin Heydərov park açılışı etdi - FOTOLAR

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təmizlənmiş keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin ərazisində bu gün istirahət parkının açılışı olub.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təmizlənmiş keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin ərazisində bu gün istirahət parkının açılışı olub.

Publika.az-ın məlumatına görə, tədbirə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyə daxil olan digər qurumların rəhbərliyi , Ekologiya və Təbii Sərvətlər nazirinin müavini və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı qatılıblar.

Nazir K.Heydərova məlumat verilib ki, ərazidə həyata keçirilmiş tədbirlər nəticəsində buradan təbii radionuklid tərkibli kömür tullantıları, radionuklid tərkibli mazut, borular və məişət tullantıları 110000 kubmetr çıxarılıb. Onların əvəzinə isə 50000 kubmetr münbit torpaq gətirilib.

Sahəsi 6.5 hektar təşkil edən parkda vətəndaşların istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində idman sahəsi və uşaqların istirahəti üçün xüsusi yerlər inşa edilib.

Parkla yaxından tanış olandan sonra nazir K.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, ərazidə təmizləmə işləri və parkın salınması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib. Nazir deyib:

"Ərazi təmizləndikdən sonra orada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri tərəfindən yoxlamalar aparılıb. Təmizləmə işləri xüsusi təhlükəsizlik qaydaları altında həyata keçirilib. Yoxlamalar zamanı beynəlxalq mütəxəssislər ərazidə radiasiyanın olmadığı rəyini verdilər".

Nazir Ramana ilə yanaşı Suraxanı və Neftçala istehsalat sahələrində də təmizləmə işlərinin aparıldığını qeyd edib:

"Yaxın vaxtlarda Neftçalada da işlər başa çatdırılacaq. Bu ərazilərdə də yaşıllıq sahələri salınacaq".

Qeyd edək ki, Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin radionuklid tərkibli tullantılardan təmizlənməsi layihəsi "Ecoland" MMC tərəfindən FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət agentliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilib.

Vasif Həsənli

Fotolar da müəllifə məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm