“Daily Mail” Qubadakı qeyri-adi restorandan yazdı
Bizi izləyin

Digər

“Daily Mail” Qubadakı qeyri-adi restorandan yazdı

Böyük Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti Azərbaycandakı qeyri-adi restorandan yazıb.

Böyük Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti Azərbaycandakı qeyri-adi restorandan yazıb.

Böyük Britaniyanın nüfuzlu qəzeti “Daily Mail” Azərbaycanın Quba rayonunda qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri adi restorandan yazıb.

Məqalədə, restoran haqqında ətraflı məlumat verilib, Rusiya istehsalı olan "TU-134B" markalı təyyarənin qalığından istifadə edildiyi bildirilib.

Yazıda həmçinin restoranın sahibi, iş adamı Natiq Bəkmirzəyevin fikirlərinə yer verilib.

Onun sözlərinə görə qeyri-adi restoranın yaradılmasında əsas məqsəd bol müştəri toplamaq və yaxşı gəlir əldə etməkdir.

Qubanın Qələdüz kəndi dağ turizmi üçün əlverişli şəraitə malik olduğundan “Təyyarə restoran”a turistlərin böyük axın edəcəyi gözlənilir. Həmçinin, Azərbaycana məxsus təyyarəni görənlərin ölkəmizə səyahət üçün həvəslənəcəyi də gözlənilir. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm