Rus qoşunları sərhəddə aktivləşdi: Müharibə başlaya bilər
Bizi izləyin

Digər

Rus qoşunları sərhəddə aktivləşdi: Müharibə başlaya bilər

Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşən Rusiya hərbi qoşunları bu gündən etibarən aktiv şəkildə yerdəyişmələrə başlayıb.

Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşən Rusiya hərbi qoşunları bu gündən etibarən aktiv şəkildə yerdəyişmələrə başlayıb.

Bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, rus qoşunlarının, ağır texnikasının sayında hər hansı dəyişiklik yoxdur, ilk gündən hansı tərkibdə gəlmişdilərsə, o heyətdə də yerlərində qalmaqdadırlar. Poltarak əlavə edib ki, onlara son günlərdə hərbi qoşunların aktiv şəkildə yerdəyişmələri ilə bağlı dəqiq məlumatlar daxil olmaqdadır:

“Rus qoşunları təxribatla məşquldurlar. Aktiv şəkildə Ukrayna hava məkanını nəzarətdə saxlayırlar. Rusların məqsədi ukraynalı sərhədçiləri gərginlik və əsəbi vəziyyətdə saxlamaqdır. Bütün bunlara baxmayaraq, Ukraynanın müvafiq strukturları rus hərbçilərinin yerdəyişmələrini, hərəkətlərini dəqiqliklə diqqətdə saxlayır”.

Xatırladaq ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putin qoşunların Ukrayna sərhəddindən geri çəkildiyini bəyan etmişdi. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm