Yaxın 3 gündə hava sərin keçəcək
Bizi izləyin

Digər

Yaxın 3 gündə hava sərin keçəcək

Hava sərinləşir

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

“Bu gün axşam saatlarda cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Mayın 14-15-də mülayim şimal-qərb küləyinin arabir güclənməsi gözlənilir. Mayın 14-də havanın temperaturu 23-28 dərəcə intervalında dəyişəcək.

Bəzi bölgələrdə də mayın 14-də gün ərzində hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir, gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Bu gün axşam və eləcə də, mayın 14-də şərq küləyi qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək.

Aran rayonlarında günorta saatlarında 28-33, dağlarda isə 19-24 dərəcə isti müşahidə olunacaq.

Mayın 13-dən 15-ı axşamadək bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

G.Məmmədova bildirdi ki, rayonlarda yağış yağsa da, temperatur rejimində ciddi eniş gözlənilmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm