Ukrayna əsgərləri mühasirəyə düşüb: Ölənlər var
Bizi izləyin

Digər

Ukrayna əsgərləri mühasirəyə düşüb: Ölənlər var

Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separatçılarla ordu qüvvələri arasında gərgin döyüşlər gedir.

Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separatçılarla ordu qüvvələri arasında gərgin döyüşlər gedir.

Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb.

“Saat 13 radələrində Kramatorskun 20 kilometrliyində Ukrayna Silahlı Qüvvələrinin 95-ci aeromobil briqadasının bölmələri separatçıların mühasirəsinə düşüb. Məlumata görə, terrorçular döyüş sursatı aparan yük maşınını qumbaraatanla vurublar, bundan sonra döyüş başlayıb”, - deyə Tımçuk bildirib.

Tımçuk bildirib ki, Kramatorskdan avtobusla 30-40 döyüşçü köməyə gəlib. Helikopterlər vasitəsilə də mühasirədə olanlara desant göndərilib.

Ukrayna hərbçiləri arasında ölən və yaralananların olduğu bildirilir. Separatçıların itkiləri barəsində məlumat yoxdur. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm