Digər
Rusiya yəhudilərinin rəhbəri Heydər Əliyev Mərkəzində olub - FOTOLAR
Mayın 13-də Rusiya Yəhudi İcması Federasiyasının
prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində
olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər
Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa binası dünya
memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat
veriblər. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq
məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və tədqiqi
istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın
tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin
beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafına xidmət edən layihələr həyata keçirir.
Qeyd olunub ki, Mərkəzin binası dünya şöhrətli memar Zaha Hadidin
layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biri olan
və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzin binası artıq dünya
memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif
beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi
üçün hər cür şərait yaradılıb
Daha sonra qonaq Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış
olub. Diqqətə çatdırılıb ki, Muzey ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan
məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç
mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat
yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar
vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun
orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel
kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin
1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi
dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət,
iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə
məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”,
“Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz,
nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti
dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir
mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də
ingilis dilində verilir.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan
avtomobillər də qonağın marağına səbəb olub.
Qonaq Mərkəzdə fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Bakıya
uçuş. Müasir Azərbaycan İncəsənəti”, “Silahların əfsanəsi”
sərgilərinə, eləcə də dünya şöhrətli heykəltəraş Toni Kreqqin fərdi
sərgisinə maraqla baxmışdır. A.Boroda Mərkəzin Auditorium
bölməsindəki konfrans zalı ilə də tanış olub.
Mərkəzlə tanışlıq qonaqda zəngin təəssürat doğurub.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı