Şəhriyar Məmmədyarovun ilk rəqibi kim olacaq?
Bizi izləyin

Digər

Şəhriyar Məmmədyarovun ilk rəqibi kim olacaq?

Şəhriyar Məmmədyarovun ilk rəqibi kim olacaq?

Martın 11-dən 31-nə qədər Rusiyanın Xantı-Mansiysk şəhərində dünya şahmat tacına iddiaçıların turniri keçiriləcək.

Yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edəcək. İlk oyun gününün cütlükləri fevralın 13-də məlum olacaq.

Turnirdə keçmiş dünya çempionları Vişvanathan Anand (2007–2013) və Vladimir Kramnik (2006–2007) iştirak edəcək. Publika.Azxəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytı yayıb.

Qeyd edək ki, yarışın qalibi dünya şahmat tacı uğrunda matçda Maqnus Karlsenlə qarşılaşacaq.

Sadaladığımız idmançılardan başqa yarışda Dmitriy Andreykin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Levon Aronyan (Ermənistan), Sergey Karyakin (Rusiya) və Pyotr Svidler (Rusiya) iştirak edəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm