Ərdoğan mədənin sahibi ilə görüşəcək
Bizi izləyin

Digər

Ərdoğan mədənin sahibi ilə görüşəcək

Soma Holdinqin sahibi Alp Gürkan mədən faciəsindən sonra açıqlama verib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciə baş verən mədənin sahibi olan Soma Holdinqin prezidenti Alp Gürkan açıqlama verib. Alp “mənim də sizin qədər məlumatım var” deyərək Enerji naziri Tanər Yıldız və Baş nazir Ərdoğanla görüşəcəyini qeyd edib.

Qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün Albaniyaya rəsmi səfəri nəzərdə tutulmuşdu. Ancaq Baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndə baş vermiş faciə ilə əlaqədər bütün səfərlərini təxirə salıb.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm