Digər
Leyla Əliyeva “Şirvan Milli Parkı” filminin təqdimatında iştirak edib - FOTO
Mayın 14-də "Nizami" Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı"ndan bəhs edən filmin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak
edib.
Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə
Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim
olunub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib
ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması
layihəsi çərçivəsində təqdim edilib. Bu kameralar bəbirlərin
yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə
olunacaqdır.
Mərasimin keçirildiyi "Nizami" Kino Mərkəzində Beynəlxalq Qız
Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və
"Şirvan Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkiliş
zamanı lentə aldığı fotolar sərgilənib.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olub.
Sonra "Şirvan Milli Parkı" filmi və "Ağgöl Milli Parkı" videoçarxı
nümayiş olunub.
Filmin rejissoru və ssenari müəllifi diqqətə çatdırdı ki, "Şirvan
Milli Parkı" layihə çərçivəsində 1-ci filmdir. Layihənin
təşəbbüskarı İDEA İctimai Birliyidir. İqor Bışnyov İDEA-nın rəhbəri
Leyla Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana və ölkəmizin
təbiətinə çoxdandır ki, vurulduğunu, film üzərində işin 14 ay davam
etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu qeyd
edib. O, vurğulayıb ki, mühafizə olunan ərazilərin sistemi üzrə
Azərbaycan postsovet məkanında liderdir.
Bildirilib ki, layihə çərçivəsində Ağgöl, "Zəngəzur", Altıağac,
Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin
çəkilişi də nəzərdə tutulub.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ