"Bunu Abşeron aqlomerasiyası adlandırardım"
Bizi izləyin

Digər

"Bunu Abşeron aqlomerasiyası adlandırardım"

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin ictimai müzakirəsində Azərbaycan Memarlıq İttifaqının rəhbəri Elbay Qasımzadə Bakı şəhəri İcra Hakimiyyətinin tədbirdə iştirak etməməsindən kədərləndiyini bildirib.

"Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak edir. Bəs niyə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak etmir?

Layihənin adı ilə bağlı özümə görə müəyyən dəyişikliklər edərdim. Məsələn, Abşeron aqlomerasiyası adlandırardım. Çünki buraya Bakı da, Sumqayıt da, Ələt də daxildir. Amma burada böyük Bakının adı var, niyə Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri yoxdur. Bu sənəd onlar üçündür. Onlar gələcək fəaliyyətlərini bunun üzərində qurmalıdırlar. Bu mənim üçün qəmgin bir mövzudur. Çünki daha çox sualları bəlkə onlar verəcəkdilər, bəlkə öz təkliflərini verəcəkdilər", - deyə E. Qasımzadə təəssüflə qeyd edib.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm