Ərli qadının istədiyi şəxslə sekslə məşğul olduğu ölkə - 18+ (Fotolar)
Bizi izləyin

Digər

Ərli qadının istədiyi şəxslə sekslə məşğul olduğu ölkə - 18+ (Fotolar)

Sakit okeanda Solomon dənizində yerləşən və Papua-Yeni Qvineya dövlətinə məxsus Trobrian adaları mövcuddur. Burada məskunlaşmış sakinlər arasında azad sevgi münasibətləri var.

Belə ki, qadınlar istədikləri sayda özlərinə sevgili tapa bilər. Hətta bu adanın sakinləri evlilikdən əvvəl və sonra istədikləri şəxslə seks münasibətlərində azaddır. Qızlar erkən yaşdan hamiləliyə qarşı tədbir görür və onlar arasında bakirəlik heç bir əhəmiyyət daşımır.

Tayfa sakinləri pul qismində yams bitkisi və qurudulmuş banan yarpağından istifadə edir.

Adətə görə, uşaq doğularkən onu qızın valideynləri saxlayır. Yerli inanclara əsasən, kişinin funksiyası yalnız qadını hamilə qoymaqdır, çünki uşağın atası Baloma və ya müqəddəs ruh hesab olunur.

Maraqlısı budur ki, ər öz arvadı ilə sekslə məşğul olmaq üçün gərək, qadına hədiyyə versin.

Lakin azad seks tayfa sakinləri arasında QİÇS və HİV virusunun sürətlə yayılmasına gətirib çıxarıb. Ada sakinləri tərəfindən “tibbi çarəsi olmayan” xəstəlik kimi qiymətləndirilən QİÇS artıq digər icmalara da keçib. Lakin heç bir xəstəlik ada sakinlərini azad sekslə məşğul olmasına maneə törətmir.

Kənddə ərdə olmayan qızların öz sevgililəri ilə sekslə məşğul olması üçün xüsusi komalar tikilir ki, yerli əhali ona “bukumatula” deyir. Ada sakinləri yalnız xaricilərlə sekslə məşğul olmur, çünki onlar öz kökləri və əcdadları ilə fəxr edir.

Ada 1793-cü ildə Fransız gəmisinin leytenantı Denis de Trobriand tərəfindən aşkar edilib. Lakin ada 1894-cü ilə kimi toxunulmaz qalıb.

1930-cu ildə katolik missionerləri ölkəyə hücum çəkir, ada əvvəlcə Böyük Britaniya sonradan isə Avstraliyanın müstəmləkəsinə çevrilir. Ancaq bununla belə əhali öz adət-ənənəsindən uzaqlaşmır.

Xristian müəllimlərinin verdiyi təhsilə baxmayaraq, Trobriand sakinləri günü indiyədək azad sekslə məşğuldur.

Matriarxat sistemin hökm sürdüyü Trobriand adasında mübahisələr kriket oyunu oynamaqla həll edilir. Qadınlar da bu “müharibədə” iştirak edir və qurudulmuş otlardan hazırlanan qırmızı ətək və üst geyimsiz rəqs edirlər.

Tayfa qızları ağ dəri və tüklü insanları sevmədiyi üçün heç bir xarici vətəndaşla nə rəqs, nə də münasibət qurur. Onların anlamında ən kifir adam ağ dərili insanlardır.

Ada mərcan atollarından formalaşdığı üçün, sakinlər arasında ən böyük hədiyyə daş məmulatı hesab olunur. Adətən yonulmuş daş toy hədiyyəsi kimi verilir.

Maraqlıdır ki, İkinci Dünya müharibəsi zamanı minlərlə Amerikan əsgəri bu adadakı hərbi bazalarda yerləşdirilmişdi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm