• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

129 mütəşəkkil cinayət faktı -Hesabat

  • Digər
  • 22 Yanvar 2014 13:01
  • 668 Baxış
129 mütəşəkkil  cinayət faktı -Hesabat

Yanvarın 21-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ildə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə danışan idarə rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib ki, kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib: “Ötən il 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub.

İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olub. 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.

İstehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunublar. Baş İdarəyə daxil olan əməliyyat məlumatları əsasında 102 cinayətin açılması təmin edilib”.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR