• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sağ çıxan işçi hər kəsi kövrəltdi – Video

  • Digər
  • 15 May 2014 17:53
  • 1 392 Baxış
Sağ çıxan işçi hər kəsi kövrəltdi    – Video

Somadakı mədən faciəsindən sağ qurtulan bir işçinin dostunu soruşması gözləri yaşardıb.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Somadakı mədən faicəsindən daha bir nəfər sağ qurtulub. Sağ qurtulan işçinin hər şeydən əvvəl dostunu soruşaraq “Mahmudu gördünüzmü?” deməsi hamını göz yaşlarına boğub.

Qeyd edək ki, mayın 13-də axşam Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

Məlumata görə, qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 282-dən çoxunun öldüyü təsdiq edilir. Onlardan 124-nün şəxsiyyəti müəyyənləşdirilib. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır.

Xatırladaq ki, son 73 ildə Türkiyədə 3000-dən çox mədənçi ölüb. 1000-dən artıq adam yaralanıb.

Türkiyə baş naziri Ərdoğan Albaniyaya səfərini təxirə salıb. Hazırda şaxtaya oksigen vurulur ki, yer altında qalan şaxtaçılar boğulmasın.

Vüsal Tağı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR