• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Keçən əsrin yoqası - Gözlərinizə inanmayacaqsız - FOTOLAR

  • Digər
  • 22 Yanvar 2014 15:07
  • 4 086 Baxış
Keçən əsrin yoqası - Gözlərinizə inanmayacaqsız  - FOTOLAR

Qərbdə yoqa ilk dəfə filosof Şopenqauer tərəfindən araşdırılsa da, bu elmə olan maraq XX əsrin I yarısında artıb.

Yoqa-ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların silsiləsidir. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır. Yoqa sözü Sanskrit dilində “yuj” sözündən götürülüb. Mənası “birlik”, “ittifaq” deməkdir.

Yoqanın tarixi kökləri ilə qədim zamanlara gedib çıxır. Hind çayı boyunca tapılmış və Hind sivilizasiyasına (b.e.ə. 3300-1700 illər) aid olan bəzi əlyazmalarda meditativ və yoqa pozalarında olan fiqurlar təsvir olunub.

Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqaları üzərində müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bu günə qədər yaşadan yeganə mistik təriqətdir.

Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta-Anga olaraq adlandırılır.

-Yama-müsbət yönlərin inkişaf etdirilməsi

-Niyama-mənfi yönlərin aradan qaldırılması

-Asana-fiziki duruşlar

-Pranayama-nəfəs və enerji texnikaları

-Pratyahara-bioenerji və çakra texnikaları

-Dharana-konsentrasiya texnikaları

-Dhyana-meditasiya texnikaları

-Samadhi-süpermeditasiya texnikaları

VintageYoga01 800x532 Какой была йога в прошлом веке: любопытные винтажные фото

1. Yoqa məşğuliyyətlərini xatırladan birinci foto 1908-ci ildə çəkilib. London Olimpiadalarında idmançılar əzələlərinin dartılması üçün onun elementlərini tətbiq edirlər.

VintageYoga02 Какой была йога в прошлом веке: любопытные винтажные фото

2. 1928-ci il Hind fəlsəfəsi tədricən Qərbdə tərəfdar qazanaraq fitnesin növünü dəyişib: Aktrisa Aten Seyler “Skin Deep” şousu zamanı həmin hərəkətləri göstərir.

VintageYoga03 Какой была йога в прошлом веке: любопытные винтажные фото

3. Amerikada ilkin yoqa elementlərini Ceyms Xey-Kelli göstərir.

VintageYoga04 Какой была йога в прошлом веке: любопытные винтажные фото

4. “Master-klass” nümunəsi, 1940-cı il.

VintageYoga05 Какой была йога в прошлом веке: любопытные винтажные фото

5. Yoqa-bu idman növü faydalı olmaqla yanaşı, həm də əyləncəlidir.

VintageYoga06 Какой была йога в прошлом веке: любопытные винтажные фото

6. Həmçinin gözəldir...

VintageYoga07 Какой была йога в прошлом веке: любопытные винтажные фото

7. Yoqanın ayrılmaz elementi - başı üstə dayanmaq.

VintageYoga08 Какой была йога в прошлом веке: любопытные винтажные фото

8. Yeri gəlmişkən, Merilin Monro yoqanı təcrübədən keçirən ilk ulduzlardan biri idi. Onun çəkisi normada olduğu üçün dəniz kənarında başı üstə dayana bilirdi.

VintageYoga09 Какой была йога в прошлом веке: любопытные винтажные фото

9. ...həmçinin digər çətin elementləri.

VintageYoga10 Какой была йога в прошлом веке: любопытные винтажные фото

10. 1949-cu ilin mayı

VintageYoga11 Какой была йога в прошлом веке: любопытные винтажные фото

11. 21 iyun 1956-cı il

Yoqanın texnikasını mükəmməl bilən akrobat Co Klemendor... Burulma elementi ilə gecə klubunu ziyarət edən parisliləri heyrətləndirmişdi.

VintageYoga12 Какой была йога в прошлом веке: любопытные винтажные фото

12. 1960-cı il

Hind ustası kəndiri öz saçlarına bağlayaraq kiçik bir uşaq üçün yelləncək düzəldib. Və göründüyü kimi bu, onların hər ikisi üçün əyləncəlidir.

VintageYoga13 Какой была йога в прошлом веке: любопытные винтажные фото

13. 1963-cü ilin martı

Macarıstanlı Laslo Sabo “Budapeşt TV”də tapşırıqları göstərir.

VintageYoga14 Какой была йога в прошлом веке: любопытные винтажные фото

14. Sentyabr, 1976-cı il

Burada artıq geyim brendlərinin reklamı görünür.

VintageYoga15 Какой была йога в прошлом веке: любопытные винтажные фото

15. Avqust, 1977-ci il

Nərgiz

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR