Digər
Laçının ermənilər tərəfindən işğalından 22 il ötür
Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal
olunmasından bu gün 22 il ötür.
1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə
mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini
dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan
vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr
ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub
və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və
tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə
tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal
olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış
məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq
ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən
hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını
reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi
vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı
qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb
olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan
ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu.
Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da
qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının
işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi
zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq
Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin
işğalı altındadır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş
ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə
Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
/Trend/
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR