ŞOK: “Tezliklə III dünya müharibəsi başlaya bilər”
Bizi izləyin

Digər

ŞOK: “Tezliklə III dünya müharibəsi başlaya bilər”

Cəmiyyətin Transformasiya İnstitutunun direktoru Oleq Soskin kifayət qədər narahatedici açıqlama verib.

Cəmiyyətin Transformasiya İnstitutunun direktoru Oleq Soskin kifayət qədər narahatedici açıqlama verib.

Politoloq bu gün Ukraynada müharibənin başlaya biləcəyini deyib. Soskinin şərhinin bir hissəsini təqdim edirik:

“Doğru olduğunu təsdiqləmək üçün Putinin bir şansı qalıb – nəyin bahasına olursa-olsun, Ukraynada prezident seçkilərini təxirə saldırmaq. Bəli, Abxaziya və Cənubi Osetiyada olduğu kimi, sülhməramlı əməliyyat adı altında şənbə günündən bazara keçən gecə ordusunu Ukraynaya yeritmək. Bu əməliyyat artıq başlayıb. Qubaryevin də dediyi kimi, separatçılar sərhədləri rus əsgərlərinin üzünə açacaqlar. Bu, bazar gününün səhər saatlarında baş verəcək. Həmin vaxt Amerikada gecə saatları, Avropada isə uikendin qızğın çağı olacaq. Bazar günü səhər saat 4-də rus ordusu Luqansk və Donbas vilayətlərinə girəcəklər. Belə olan vəziyyətdə Ukrayna ilə Rusiya arasında açıq müharibə başlayacaq. Bununla da Üçüncü Dünya Müharibəsinin təməli qoyulacaq. Əgər Ukrayna yuxarıda dediyim iki vilayəti uduzarsa, Rusiya faktiki olaraq NATO sərhədlərinə - Polşaya qədər irəliləyəcək. Əgər bir neçə saat ərzində tutarlı addımlar atılmasa, dünya Üçüncü Dünya Müharibəsinin şahidi olacaq”. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm