Leninin qubalılara hədiyyəsi Bakıda - FOTO
Bizi izləyin

Digər

Leninin qubalılara hədiyyəsi Bakıda - FOTO

Leninin qubalılara hədiyyəsi Bakıda

Muzey Mərkəzinə gələnlərin diqqətini ilk baxışda girişdə sol tərəfdə qoyulmuş nəhəng qurğu cəlb edir.

Yaxınlaşıb üstündəki lövhəni oxuyandan sonra hər şey aydın olur. Sən demə, bu nəhəng qara qurğu qəzet çap etmək üçün mətbəə maşınıdır və V.İ.Leninin qubalılara hədiyyəsidir.

Belə ki, 1920-ci ilin dekabrında Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetər qurultayının ünvanına bir vaqon alma sovqatı göndərirlər. Bu hədiyyədən məmnun qalan V.İ.Lenin almaların Moskvadakı uşaq bağçalarına paylanmasına göstəriş verir və kəndlilərə minnətdarlıq əlaməti olaraq, hədiyyə göndərməyi qərara alır.

Leninin sərəncamı ilə Quba zəhmətkeşlərinə hədiyyə olaraq, “Uni¬ver¬sal” tipli mətbəə çap maşını göndərilir. 1921-ci ilin aprelindən Qubada ilk qəzet “Əxbari”—“Xəbərlər” qəzeti nəşr edilir.

Qeyd edək ki, İstiqlal Muzeyinin bu eksponatı –“Universal” tipli mətbəə çap maşını 1900-cü ildə Almaniyanın “Albert &C Frakenthal” firması tərəfindən istehsal edilib.

Xəyal Hüseynov

Fotolar müəllifindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm