Azərbaycanda gənc fəal intihar etdi-YENİLƏNİB
Bizi izləyin

Digər

Azərbaycanda gənc fəal intihar etdi-YENİLƏNİB

İ.Şahmarlının adının açıqlanmasını istəməyən tanışı hadisə barədə bunları danışdı: “Hadisə barədə əvvəlcə “Facebook”da oxudum, daha sonra onun digər dostları ilə əlaqə saxladım. Azad LGBT-nin bayrağından təşkilatın ofisində özünü asıb.

Ondan əvvəl isə o Facebook-da status paylaşmışdı. Dostları bunu görən kimi yanına gedib, təcili yardıma da məlumat veriblər. Amma təcili yardım gec gəlib.

Həkimlər ürəyini masaj edib, köməklik göstərməyə çalışıblar. Xəstəxanaya aparılıb, amma yolda keçinib.

İntihar edən zaman yanında heç kim olmayıb. İsa tək yaşayırdı, ailəsi qəbul etmirdi onu, anası deyirdi ki “mənim homoseksual oğlum ola bilməz”.

Hazırda Yasamal RPİ işçiləri hadisə yerində tədqiqat aparırlar.

***

Azad LGBT təşkilatının sədri İsa Şahmarlı intihar edib.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar. Onların sözlərinə görə, intihara cəhd edən İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib.

O intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb və ölümündə hər kəsin günahkar olduğunu deyib: “Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız.

Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm