ATV-nin aparıcısı: “Çox temperamentliyəm” - FOTOLAR
Bizi izləyin

Digər

ATV-nin aparıcısı: “Çox temperamentliyəm” - FOTOLAR

“Ulduzlu axşam”da ATV-nin “Bığ şou” verilişininin kübar, həm də bığlı aparıcısı Şəhriyar Əbilovdır.

“Bunu bir mən bilmişəm, bir də o xanım”

- “Biq şou”-nun kübar aparıcısı Şəhriyar, eşitdiyimə görə ətrafında xeyli xanım heyranların var?

- Yəqin ki, var. Axır vaxtlar bunu özüm də hiss edirəm. Hər bir bəyin arzusudur ki, xanımlar ona diqqət yetirsinlər.

- Bundan sui-istifadə etmə hallar olur?

- 35 yaşım var, bu yaşıma qədər bir xanımı belə aldatmamışam. Heç vaxt sui-istifadə olmayıb. Xoşuma gələndə özünə demişəm və bunu bir mən bilmişəm, bir də o xanım.

- Sosial şəbəkələrdə bildirirlər sevgilərini, yoxsa, necə deyərlər tet-a-tet?

- Xanımlar utancaq olar. Təsəvvür edin, hansısa bir qız mənə yaxınlaşıb deyir ki, ölürəm sənin üçün. Bu anormal görünər. Qadınlar bəylə müqayisədə daha yığcam və sözünü baxışları ilə deyən olur. Onlar susmağı və daha çox bəydən diqqət görməyi xoşlayırlar. Amma sosial şəbəkədə daha çox diqqət hiss etdirənlər olub.

“Ürəyimə yatmayıb, mədəni şəkildə anlatmışam”

- Qəlbini qırdığın xanımlar çox olub?

- Yox, qəlb qırmamışam. Ola bilsin hansısa xanımın məndən xoşu gəlib, amma ürəyimə yatmayıb, mədəni şəkildə anlatmışam bunu ona.

- Münasibətləriniz adətən hansı səviyyəyə qədər gedib çıxır?

- Fərqli olur. Subayam. Bunu +18 kimi də yaza bilərsiniz-fərqli səviyyələrə gedib çıxa bilər.

- Qadında daha çox hansı keyfiyyətlərə önəm verirsən?

- Yaradıcı, ağıllı olmasına və cazibədarlığına fikir verirəm. Amma ən önəmlisi ağıldır.

- Bəs manikürlü, boyalı dırnaqlar…

- Mən qırmızı boyaların dəlisiyəm-həm ayaqda, həm də əldə.

- Xasiyyətcə mühafizəkarsan?

- Mühafizəkaram, diqqətciləm, yerimi bilənəm. Ən əsası yerimi bilənəm. Və hesab edirəm ki, hər bir insan yerini bilsə, cəmiyyət tərəfindən seviləcək, hörmətlə qarşılanacaq.

“Uğurumun 40 faizini geyimlərim təşkil edir”

- Geyimlərinlə hər zaman fərqlənirsən…

- Təşəkkür edirəm. Mən özüm də həmişə deyirəm ki, uğurumun 40 faizini geyimlərim təşkil edir.

- Brend önəm daşıyır?

- Əsas zövqlü geyinməkdir. Standart geyinmək olar, məsələn, ağ rəngi hansı rənglə geyinəndə qəşəng olur, yaxud, qaranı, qırmızını. Amma fərqli rəngləri bir-birinə yaraşdırmaq-bu tamam ayrı effekt verir.

- Bəzən sənə baxanda gözümün önünə kinolardan gördüyüm köhnə Bakı kişilərinin obrazı gəlir-kübar, ağayana, çatışmayan bir dənə əlində əsadır.

- Keçmişin azəri kişilərinin dəbini qaytarmaq istəyirəm. Bəli, siz dediyiniz əsanı da indi dəbə gətirmək istəyirəm.

- Qarderobda ən çox hansı geyimləriniz üstünlük təşkil edir. Mənə elə gəlir ki, hətta sənin qarderobunda bir dənə də olsun idman geyimi yoxdur…

- Klassikanı sevirəm. Kastyumlar üstünlük təşkil edir. Birinci kastyumlar gəlir, ikinci ayaqqabılar. Ayaqqabıları kastyumlara görə seçirəm. Əslində ayaqqabılar birinci planda olmalıdır, amma məndə ikinci planda gəlir. Hər kastyuma uyğun saatım, boğaz şərfim, cibimin parçası, qalstuk olmalıdır. Bunlar həyatımın ayrılmaz hissələridir.

- Kiminsə zövqü ilə hesablaşırsan, yoxsa elə özün bəyənib, özün də geyinirsən?

- Xaqani adında dostum var, onun mağazasından geyinirəm. O mənim zövqümün tamamlanmasına kömək edir. Amma əsas öz zövqümdür. Zövqüm olmasaydı hər halda belə geyinməzdim. Əsas zövqdür.

“Olur ki, bir-birimizi başa düşmürük, amma…”

- Komplekslərin var?

- Kompleks deyəndə ki, bilmirəm, bəlkə də buna kompleks deməzdim. Efirdə bunu göstərmirəm də. Belə götürsək əlli-əlliyədir. Hər kəsdə olduğu kimi.

- Eyni verilişi paylaşdığın Cavidlə necə yola gedirsən?

- Həyatda?

- Həm həyatda, həm də efirdə?

- Həyatda hər şey yaxşıdır. Efirdə də ayrı-ayrı xarakterdə olmağımız tamaşaçıda maraq oyadır. Hər ikimiz eyni xarakterdə olsaydıq, bu maraqsız olardı?

- Bəzən izləyicilərdə belə təssürat yaranır ki, Cavid efirdə səninlə yola getmir? Bilmirəm bu ssenaridir, yoxsa?

- Əslində bu bir ssenaridir və ssenaridən kənara çıxmırıq.

- Hansısa bir məqamda olubmu ki, efirdə Caviddən inciyirsən, efirdən sonra aranızda söz-söhbət yaranır?Belə desəm, etika xatirinə efirdə verə bilmədiyin cavabı sonra verirsən?

- Olur ki, bir-birimizi başa düşmürük, amma inciklik olmayıb. O mənim xətrimə dəymək üçün məxsusi nəsə eləmir.

- Amma sözünü kəsir, bəzən sözatmalar olur?

- Bu adi bir şeydir. Biz orda hazırlıqsız, təbii ünsiyyət qururuq. Təbii çaşsam, təbii olaraq sözə cavab verə bilməsəm, tamaşaçı bunu normal qarşılayar. Əgər biz hər şeyi əvvəlcədən qursaq, bu süni alınar.

“Tamaşaçı bunu hiss etməyib”

- İndiyə qədər ən maraqlı qonağınız hansı olub?

- Qonaqlar çox olub. Buna görə də “ən” deyə bilməyəcəyəm.

- Bəs xoşlamadığın, yola verdiyin qonaq olub? Hansı ki, ürəyində Allaha yalvarmısan ki, birgə veriliş başa çatsaydı, bundan aralanardım…

- Bəzən olur ki, hansısa qonağı dəvət etməzdən qabaq oturub yaradıcı heyətlə bunu müzakirə edirik. Deyirik tutalım, bu susacaq, veriliş maraqsız olacaq, gəl ondansa bir həyasızı, yaxud maraqlısını çağıraq, verilişdə dinamika olsun. Bəzən uğursuz qonaqlarımız da olur. Çağırırıq, ümid edirik ki, gülüb-danışacaq. Amma iki saat otururlar, danışmırlar. Biz də nə qədər danışaq axı. Belə maraqsız, duzsuz qoanqlar da olur. Duzlusu da olur, duzsusu da.

- Canlı yayımdır də. Heç ekstrim vəziyyətlərə düşmüsünüz?

- Əslində elə dadı-duzu da bundadır. Şükür ki, hələlik nə işıq heç kimin başına yuxarıdan düşməyib, ya da təhlükə-filan olmayıb. Olub hansısa süjeti səhvən veriblər, bunda da vəziyyətdən məharətlə çıxmışıq, tamaşaçı bunu hiss etməyib.

“Bir neçə müğənni var ki, özlərini bomba sayıblar”

- Olubmu ki, hansısa müğənnini dəvət etmisiniz verilişə, o imtina edib?

-İmtina söhbəti olmayıb. Amma bir neçə müğənni var ki, özlərini bomba sayıblar. Yəni biz bomba müğənnilərik, onları anlamıram. Bir neçə müğənni də var ki, kimlərisə bizdən qabaq çağırmısınız, biz gəlmirik deyiblər. Özlərini dağ başına qoyublar. Elə qoy orda da qalsınlar, yolka kimi.

- Arzuladığınız, amma verilişə gəlməsini mümkünsüz saydığınız qonaq varmı?

- Belə bir qonaq yoxdur. Mən həyatımda hər bir şeyi mümkün sayıram. Bəlkə də uğur tapmağımın birinci səbəbi də budur.

“İnsan gərək möcüzələrə inansın”

- Möcüzələrə inanırsan deyəsən?

- İnsan gərək möcüzələrə inansın. Möcüzəni möcüzə kimi qarşılasan, bu heç vaxt baş verməyəcək. Əgər sən inansan ki, bunu bacaracaqsan, deməli bu baş verəcək. Allah sənə o cazibə qüvvəsini istəsən verəcək. Mən inanıram ki, sabah lap Tarkanı da, Mayk Taysonu da Azərbaycana gəlsə, verilişə çağıra bilərik. Biz cümə axşamı verilişi edirik, tərslikdən xaricdən gələn müğənnilər çox vaxt həftəsonu gəlirlər. İstərdim çox sevdiyim aktyor De Kaprio, Uil Smit mənim qonağım olsun. İnanıram ki, bu haçansa baş verəcək.

“Həyatımda çox yaralar, yalançı dostlar görmüşəm”

- Eqoist görünürsən?

- Nədən hiss edirsən?

- Görüntündən, özünü aparmağından…

- Əslində mən özümdənrazı deyiləm. Sadəcə, qıraqdan özümü müdafiə edirəm. Həyatımda çox yaralar, yalançı dostlar görmüşəm. İllər keçəndən sonra onların maskası düşüb. Şükür Allaha ki, indi yanımda Cavid, Orxan, Babək kimi dostlarım var.

- Sadiq olmayan dostlarınla sonrakı aqibət necə olur?

- Silirəm onları. Güclü yalan oldusa, o insanı qaytarmaq mümkünsüzdür.

- Yəni sən heç vaxt yalan danışmamısan?

- Danışmışam. Sadəcə yalanın bir həddi var. Kimsə mənim xoşuma gəlmirsə, durub onun üznünə demirəm ki, sən pissən. İnsanın xətrinə dəymək olmaz. O insan belədir, sadəcə məsləhət verə bilərsən, dəyişə bilməzsən onu.

- Mənə çox maraqlıdır, sonuncu dəfə kimə yalan danışmısan?

- İnan ki, yadımda deyil. Amma yüngül, adi bir yalan olub. Tutalım filan yerdəyəm, deməmişəm burdayam.

“Mesajları silirəm, qorxuram kiminsə əinə keçər”

- Telefonuna kimsə baxanda xoşun gəlir?

- Zəhləm gedir. Mənim telefonuma özümdən başqa heç kim baxa bilməz. Yəni ona görə…(gülür)

- Mesajları saxlayırsan?

- Çox vaxt silirəm. Elə şəkilləri də.

- Niyə?

- Telefonumu itirə bilərəm. Kiminsə əlinə keçə bilər, kompramat kimi istifadə edə bilərlər. Sosial insan olmasaydım, cəmiyyət tərəfindən tanınmasaydım, qorxmazdım. Amma kimsə mənim adımı görən kimi həmin şəkli, ya mesajı sürətlə paylaşırdı. Mənə ziyan dəyə bilərdi.

- Bəs qorxmursan, göndərdiyin mesajlardan kimsə kompromat kimi istifadə edər?

- Ola bilər. Bir neçə il qabaq hansısa xanıma yazdığım maraqlı mesaj qalar, o da göstərər ki, baxın, bu o Şəhriyardır, ölürdü mənim üçün.

- Ehtiyat igidin yaraşığıdır-prinsipinə uğyun davranırsan, belə başa düşdüm?

- Bəli, çox ehtiyatlanıram. Hətta getdiyim yerlərdə kameralara qədər gözüm axtarıır… (gülür)

- Hazırda mənə sonuncu mesajını oxuya bilərsən?

- Bax, Caviddən gəlib. Harda qaldın, Elçinin təqdimatı başlayır, tez gəl, mən də taksi ilə gəlirəm.

“Qız bürcü sevəndə, üzr istəyirəm, eşşək kimi sevir”

- 35 yaşın var, evlilik barədə düşünmürsən?

- Hər gün düşünürəm. Amma evlənmək üçün istədiyim qız yoxdur. Mən qız bürcündənəm, kaprizli insanam. Xanımla oturub söhbət edəndə bilirəm artıq, bu mənim uşaqlarımın anası ola biləcək ya yox?Yaxud, üç ay Azərbaycanda ola bilməsəm, o mənə sadiq olacaq ya yox? Qorxuram və hələ ki, qalmışam belə.

- Bilmirəm düz eşitmişəm, ya yox, bir dəfə nişanlı olmusan deyəsən?

- 2005-ci ildə bir dəfə, 2008-ci ildə ikinci dəfə nişanlı olmuşam. Hər kəs öz həqiqətini danışa bilər. Amma nişanın pozulmasında günah məndə olmayıb.

- Nəyi bağışlamazsan xanıma?

- Xəyanəti, yalanı… O bü gün səni aldadırsa, bu ömürlük davam edəcək. Deyir tövbə yoxdur insanlara. Bir şey edibsə insan yenə davam edəcək. Deməli, onun qanında var, qanı təmizləmək olmur. Bu ürəklə bağlıdır.

- Niyə xəyanət söhbətində elə qadınları qınayırsız, qadını xəyanətə sürükləyən də elə kişilərdir də…

- Azərbaycan kişisiyəm. Çox temperamentli kişiyəm. Ola bilər xanımlar tərəfindən çox seksual görünə bilim. Amma xəyanət etməmişəm. Çünki qız bürcü sevəndə, üzr istəyirəm, eşşək kimi sevir. Kor-koranə. “Odnolub”durlar, birdən-birə klapanlar bağlanır və sağa-sola baxmır. Amma qız bürcü sevməyəndə, oooh. Allah ondan qorusun.

“Yataq və bədənlərin plyus, minisu vacibdir”

- Belə çıxır ki, münasibətdə olduqlarının hamısını sevmisən?

- Təsəvvür edin, həyatda iki dəfə sevmişəm, 35 yaşım var, onda belə çıxır ki, həyatda elə iki dəfə qadınla münasibətdə olmalıydım?Bu elə deyil. Sadəcə, xoşa gəlmək məsələsi də var. Ümumiyyətlə, ailə həyatında, yataq münasibətləri vacibdir. Ailə qururlar, əgər yataq münasibətləri normal olmursa, bu mütləq şəkildə ayrılıqla nəticələnəcək. Çünki stresslər, aqressiya yaranacaq. Yataq və bədənlərin plyus, minisu vacibdir. Bu halal yolla olsa daha yaxşı olar. Adam var, ailə qurur, amma görürür ki. bu ona uyğun qadın deyilmiş, Allah ondan qorusun.

“Çox qısqanc olmasın, amma…”

- İdeal qadın obrazın varmı?

- Uzunsaçlı, hündürboy, klassik qadın obrazı… Amma bəzən bunun tam əksi də olur. Xasiyyətcə kompromisləri bacarsın, mənim kimi səbirli olsun. Mən elə bir sferadayam ki, çox qısqanc olmasın, amma məni çox istəsin. Vacib deyil dəlicəsinə sevsin, istəmirəm. Ö sevgi tez solur, mənə hörmət etsin, yanımda olsun. Məni lider etsin. Mən depressiyaya düşüb evə gələndə mənə elə söz desin ki, deyim məndən güclü kişi yoxdur.

- Səni nə depressiyaya sala bilər?

- Uğursuzluq. Amma pozitiv insanam və depressiyadan tez çıxıram.

“İnsan pulu fikirləşsə, heç vaxt milyarder olmayacaq”

- Pula münasibətini bilmək maraqlı olardı, söz yox ki, pulu sevməyən adam yoxdur.

- İnsan pulu fikirləşsə, heç vaxt milyarder olmayacaq. O uğurunu və məqsədini fikirləşəndə gedib milyarder olacaq…

- Sənin üçün məqsəddir pul?

- Yox vasitə.

- İstədiyin qədər var?

- Pul həmişə azdır, heç kimin istədiyi qədər pulu olmur.

- Cibində qədər pul var göstərə bilərsən?

- Az məbləğ deyil, minə yaxın…

Cəvahir Səlimqızı

Foto: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm