• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

20 ölkənin nümayəndəsi Bakıdadır

  • Digər
  • 20 May 2014 00:14
  • 890 Baxış
20 ölkənin nümayəndəsi Bakıdadır

Mayın 21-də Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.

Publika.az-ın məlumatına görə, bu məqsədlə keçirilən mətbaut konfransında Gənclər və İdman nazirliyinin mətbuat katibi Samayə Məmmədova, nazirliyin rəsmisi Elnur Abdullayev və ATGTİ-nin sədri Şahin İsmayılov KİV nümayəndələrinə layihənin mahiyyəti haqda məlumat veriblər.

Qeyd olunub ki, artıq 2-ci dəfədir ki, ölkəmizdə baş tutan beynəlxalq yarışın hazırlıq işlərində “Eurovision” yarışmasında böyük təcrübəyə malik olan Ukraynalı mütəxəssislər çalışırlar.

Azərbaycan da daxil olmaqla Avropa və Aziyanın 21 ölkəsini özündə birləşdirən beynəlxalq müsabiqədəAzərbaycanı “Univiziya” tələbələrin III mahnı müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.

“Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə- Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Kazaxstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edəcəkdir.

Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir.

Qeyd edək ki, 2013-cü ilin 21 iyun tarixdə ölkəmizdə ilk dəfə keçirilmiş “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsində Rusiya, Belarus, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Estoniya, Yunanıstan, Albaniya, Azərbaycan, İndoneziya, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Tacikistan, Türkiyə, Pakistan, Meksika və Braziliya ölkələrində yerləşən 20 təhsil müəssisələrinin bakalavr və magistr pillərində təhsil alan 61 tələbə ifaçı və juri iştirak edib. Mətbuat konfransının sonunda püşkatma mərasimi keçirilib.

II Beynəlxalq “Univiziya” Tələbə Mahnı Müsabiqəsində iştirak edən ölkələrin çıxış ardıcıllığı

1. Braziliya

2. Serbiya

3. Yunanıstan

4.Vyetnam

5. Rusiya

6. Pakistan

7. Argentina

8. Azərbaycan

9. Estoniya

10. İordaniya

11. Macarıstan

12. Moldova

13. Fransa

14. Xorvatiya

15. Ukrayna

16. Belarus

17. Şri-Lanka

18. İndoneziya

19. Qırğızıstan

20.Albaniya

21. Qazaxıstan

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR