Elmin açıqlaya bilmədiyi sirli təbiət hadisələri: qara Günəş, yanan göy qurşağı - FOTOLAR
Bizi izləyin

Digər

Elmin açıqlaya bilmədiyi sirli təbiət hadisələri: qara Günəş, yanan göy qurşağı - FOTOLAR

Əslində elm aləminə çoxdan məlumdur və illərdir hər kəs tərəfindən görünür. Sadəcə bu qəribə təbiət hadisələri hər kəs tərəfindən bilinmir. Tam olaraq açıqlanmayan bu sirli təbiət hadisələri qarşısında elm dünyası da çaşıb qalır.

Qara Günəş

Danimarkanın qərbində hər il yazda günəşin batmasına təxminən yarım saat qalmış milyonlarla quş bir araya gələrək səmada inanılmaz formada uçmağa başlayır. Mart ayından aprelin ortalarına qədər davam edən hadisədə quşların bu hərəkətini heç kim başa düşə bilmir.

Yanan göy qurşağı

Özündə göyqurşağı rənglərini ehtiva edən bu təbiət hadisəsi də olduqca maraqlı və ovsunlayıcı gözəlliyə sahibdir. ABŞ-da yaranan göyqurşaqları görənləri heyrətləndirir. Alovu xatırladan göyqurşağını araşdıran elm adamları belə bir açıqlama veriblər: Günəş 58 dərəcə təpədə olanda buludlar meydana gəlir və günəş şüaları bu buludlardan keçərkən göyqurşağı rəngləri yaranır.

Dinməyən fırtına

Və ya digər adıyla “Katatumba şimşəkləri”... Katatumba çayı ilə Marakaibo gölünün qovuşduğu yer üzərində yaranan buludların toqquşması nəticəsində şimşək fırtınası meydana gəlir. 5 kilometr yüksəkdə yaranan yüksək gərginliyə görə ildə 140-160 gecə, 10 saat fasilə ilə şimşəklər çaxmağa davam edir. Şimşəklər bəzən saatda 280 dəfə təkrarlanır. Bölgədə şiddəti 400 min amper olmaqla ildə 1 milyon 176 min elektrik boşalması baş verir. Buna görə bölgə dünyada ozon yaradan yeganə yerdir. İnanılmaz şimşək fırtınası isə 400 kilometr məsafədən görünür. Hətta gəmilər belə istiqaməti təyin etmək üçün şimşəkdən istifadə edir.

Mavi Günəş

Qahirə yaxınlığında piramidaların təhlükəsizlik kameraları 2006-cı il 14 dekabr saat 16.47-dən etibarən qəribə bir hadisəni qeydə alıb. Günəşin rəngi təxminən 15 dəqiqə ərzində maviyə çevrilib. Misirdə baş verən bu hadisə sonradan bir qrup fizik tərəfindən araşdırılıb. Mavi günəş hadisəsi ilə bağlı hazırlanan hesabatdakı ifadələr belə idi:

“Təhlükəsizlik kamerası tərəfindən çəkilən və ilk dəfə sənədləşdirilmiş mavi günəş hadisəsi bu günə qədər sadəcə 5 dəfə yaşanıb. Axırıncı dəfə 1950-ci ildə Şotlandiyanın Edinburq şəhərində baş verib”.

Lakin elm adamları yazılı hesabatlarında hadisəyə səbəb olan faktorlara yer verməyiblər. Hələ də davam edən araşdırmalarla bağlı bəzi elm adamları mavi günəş hadisəsinin havadakı çirkliliyə görə baş verdiyini bildirir. Başqa bir qrup elm adamı da “1950-ci illərdə bu cür hava çirkliliyi yox idi. Eyni nisbətdə çirklilik yox idisə, hadisə necə eyni cür baş verə bilər?” deyərək müzakirəni davam etdirir.

Penitentes

Bəzi dağların təpələrində görünən bu hadisə günəş şüalarının buzlaqlara əks olunması nəticəsində yaranır. Ağ və iti başlıqlar geyinmiş, rahibələrin uzaqdan görünüşünü xatırladan “penitentes” adlı bu qəribə təbiət hadisəsi hələ də öz sirrini qoruyur.

Mammatus buludları

Buludların altında şişlərin yaranması qeyri-adi görüntülərə səbəb olur. Olduqca geniş sahəni əhatə edən bu buludlar hərəkətsiz kimi görünsə də, ekstrim hava vəziyyətinə işarə edir. Elm hələ də lazımlı faktorları tam olaraq təyin edə bilməyib.

Gəzən daşlar

ABŞ-ın Kaliforniya və Nevada əyalətlərinin sərhədində yerləşən “Death Valley” (Ölüm Vadisi) hərəkət edən daşları ilə illərdir elm adamlarının diqqətini çəkir. Günlərlə müşahidə edilən daşların yer dəyişdirməsi isə bütün araşdırmalara baxmayaraq açıqlana bilmir. Bir fərziyyəyə görə, külək, daşları qum üzərində sürüşdürür. Yüzlərlə kiloluq daşları hərəkət etdirəcək qədər şiddətli küləklər olmasa da, eyni nöqtədən hərəkət etməyə başlayan daşların fərqli istiqamətlərə yönəlməsini heç kim açıqlaya bilmir.

Külək fikrinə qarşı çıxanlar isə “Külək eyni nöqtədən hərəkət etməyə başlayan iki daşı eyni istiqamətə sürüşdürər. Amma burada vəziyyət fərqlidir” deyir.

Qırmızı yağışlar

2001-ci il 25 iyuldan 23 sentyabra qədər Hindistanın Kerala bölgəsinə yağan hər yağış qırmızı rəngdə yağıb. Bölgə əhalisinin ənənəvi olaraq geyindiyi ağ rəngli paltarlar isə yağışa görə qan qırmızısına yaxın rəngə çevrilib. Hindistan hökuməti hadisəyə əl qoyaraq qırmızı yağışın səbəbini araşdırıb.

Təxminlərə görə, buna səbəb Hind okeanında yaranan mikroskopik qırmızı yosunlar olub. Lakin 2006-cı ildə hadisələrlə bağlı araşdırmalarını davam etdirən Mahatma Qandi Universitetindən 2 alim-Godfrey Luis və Santhoş Qumar əslində dünyayla əlaqəsi olmayan hüceyrələrin atmosferdə yaratdığı izotopik reaksiyaların bu yağışları qırmızıya boyamış ola biləcəyini deyib və məsələ yenidən gündəmə gəlib.

Şeytan atəşi

Və ya alov fırtınaları... Bir neçə metr yüksəkliyə qədər çata bilən alovlardan ibarət qasırğa, bir neçə dəqiqə davam edir. Elm adamlarına görə, bu hadisə isti hava axınları nəticəsində baş versə də, hansı faktorların bir yerə gəlməsi nəticəsində meydana gəlməsi hələ də öz sirrini saxlayır. Çox nadir hallarda baş verən yanğınlar, əsasən, kolluqlarda görülür.

Burulğanlar

Bunlar əsasən, təcrid olunur, amma çox şiddətli fırtınalara səbəb olur və saatlarla davam edir. Həmçinin bəziləri iki yerə bölünüb, iki ayrı istiqamətə hərəkət edə bilir. Bəzən qasırğalara yol aça bilir və adətən, çox böyük miqdarda dolu və yağış yağdırır. Ən böyük dolu daşlarını daşıdıqları da bilinir.

Buz halqaları

Sibir kimi çox soyuq bölgələrdə baş verir. Bəzən axar sularda da meydana gəlir. Elm adamları bu hadisənin tam olaraq hansı şərtlərdə baş verdiyini araşdırır.

Qeyd edək ki, hadisə zamanı olduqca maraqlı görüntü yaranır.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm