• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xoşqədəm Hidayətqızı əsəbiləşdi: "İcra hakimiyyəti varsa, mən kiməm"

  • Digər
  • 21 May 2014 23:39
  • 2 296 Baxış
Xoşqədəm Hidayətqızı əsəbiləşdi: "İcra hakimiyyəti varsa, mən kiməm"

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Saray qəsəbəsində qonşusu Xəqani Hüseynovun evini sökdürməsiylə bağlı xəbərə açıqlama verdi.

Hazırda xarici ölkədə çəkilişdə olan Xoşqədəm Hidayətqızı adının mətbuatda hallanmasına sərt cavab verdi: "Bütün bu işlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm".


Qeyd edək ki, Saray qəsəbəsinin Mir Cəlal Paşayev küçəsinin sakini Xəqani Hüseynov bildirib ki, yaxınlıqdan villa alan teleaparıcı ona torpaq sahəsini satmağı təklif edib. X.Hüseynov bu təklifi qəbul etməyəndən sonra isə evini söküblər. /Ans/


Abşeron rayon icra hakimiyyəti isə verdiyi açıqlamada deyib ki, ev tikinti qaydalarına uyğun gəlmədiyinə görə sökülüb.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR