Digər
Birinci xanımlar görüşdülər - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva mayın 21-də dövlət başçılarının xanımları ilə birlikdə Şanxayın “Yuy Yuan” parkında olub.
Çin Xalq Respublikası sədrinin xanımı Pen Liyuan Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanı qarşıladı. Sonra dövlət
başçılarının xanımları “Yuy Yuan” parkında Çin rəssamlarının
əsərlərinə baxdılar. Burada rəssamların miniatür üslubda işlədiyi
əsərlər daha çox maraq doğurdu. Çünki Şərq xalqları arasında daha
çox yayılan miniatür sənətində Çin istiqaməti üstünlük təşkil edir
və özünəməxsusluğu ilə diqqət çəkir.
Sonra birinci xanımlar bədii proqramı izlədilər. Burada qonaqlara
qədim Çin musiqisini və incəsənətini əks etdirən səhnələr təqdim
olundu.
Qeyd edək ki, birinci xanımların tanış olduqları “Yuy Yuan”
parkının qədim tarixi var. Odur ki, buranı Çinin klassik bağı da
adlandırırlar və onun adı tərcümədə “Sevinc bağı” mənasını verir.
Bu gün bu park müasir və gərgin meqapolisin daxilində sakit və
rahat bir dünyadır. Salınmasına 1559-cu ildə başlanan bağın
tikintisi uzun fasilələrlə yalnız 1709-cu ildə yekunlaşıb. Bir çox
münaqişələr, işğallar nəticəsində dağıntılara məruz qalan bu parkda
dəfələrlə yenidənqurma işləri aparılmışdır. Dörd hektara yaxın
ərazidə yaradılan “Yuy Yuan” parkı öz müasir görkəmini 1956-cı ildə
sonuncu dəfə həyata keçirilən yenidənqurma işlərindən sonra
alıb.
Birinci xanımlar parkla tanışlıqdan xoş təəssüratla ayrıldılar.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub