Ərdoğan bu sözü ilə hər kəsi güldürdü– VİDEO
Bizi izləyin

Digər

Ərdoğan bu sözü ilə hər kəsi güldürdü– VİDEO

Ərdoğan növbəti dəfə CHP lideri Kılıçdaroğlunun "bostanına daş atıb". Belə ki, birgə qatıldıqları tədbirdə Ərdoğan: “Mənə “diktator” deyənlər qarşımda əyləşiblər”, deyərək Kılıçdaroğluna işarə edib. Onun bu sözləri tədbirdəkilərlə yanaşı, Kılıçdaroğlunun özünü də güldürüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hal-hazırda paytaxt Ankarada Türkiyə Həmkarlar İttifaqı və Birjalar Birliyinin (TOBB) 70-ci toplantısı keçirilir. Toplantıya Baş nazir R.T.Ərdoğanla bərabər CHP-nin lideri Kamal Kılıçdaroğlu da dəvət olunub. Tədbirin açılışını hökuməti sərt tənqidi ilə atəşə tutan TOBB-un sədri Rüfət Hisarcıqoğlu etdikdən sonra Baş nazir Ərdoğana söz verilir. Ərdoğan nitqi zamanı: “Mənə “diktator” sözünü yaraşdıranlar var. Və bunlar düz qabağımda əyləşiblər”, deyərək əli ilə Kılıçdaroğluna işarə vurub. Baş nazirin bu sözləri və əli ilə göstərdiyi işarə salonu, CHP lideri Kılıçdaroğlunu və TOBB sədri Hisarcıqoğlunu güldürüb.

Daha ətraflı videoda:

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm