İlham Əliyev Dövlət Neft Fondunun büdcəsini təsdiqlədi
Bizi izləyin

Digər

İlham Əliyev Dövlət Neft Fondunun büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, ARDNF-in 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Sıra N-si

Göstəricilər

min manatla

Gəlirlər cəmi:

13 600 400,1

o cümlədən:

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 108 016,4

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1 831,9

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8 063,8

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

1 850,1

5.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

480 559,5

6.

Digər gəlirlər və daxilolmalar

78,4

Xərclər cəmi:

12 302 663,5

o cümlədən:

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

299 990,2

2.

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə transfert

11 350 000,0

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

173 933,6

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

25 671,7

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

33 007,8

6.

Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

372 590,0

7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

47 470,2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm