Cəbhənin Füzuli istiqamətindən həyəcanlı xəbər - VİDEO
Bizi izləyin

Digər

Cəbhənin Füzuli istiqamətindən həyəcanlı xəbər - VİDEO

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur olub.

Ermənistanın kəşfiyyat-diversiya qrupu Milli ordumuzun Füzuli rayonun Aşağı Əbdülrəhmanı kəndi istiqamətində yerləşən mövqelərinə hücum edib. Eyni zamanda düşmən adıçəkilən rayonun Alxanlı kəndini də atəşə tutub. Nəticədə Azərbaycan ordusu Ermənistan tərəfinin hər iki təxribatının qarşısını alıb. Atışma zamanı Azərbaycan ordusunun 3 hərbçisi yüngül yaralanıb. Qarşı tərəfin də itki verdiyi deyilir.

Atışma təqribən 30 dəqiqə davam edib. Kənd sakinləri arasında ölən və yaralanan yoxdur.

Füzuli rayonun Alxanlı kəndi erməni mövqelərinin təqribən 600-700 metrlyində yerləşir. Sakinlərin sözlərinə görə, son bir həftədər ki, hər gün kənd qarşı tərəfin atəşinə məruz qalır.

Kənd sakini Lyudmilla İsmayılova deyir ki, tək qalmıram, amma dünən elə tək idim: “Yoldaşım getmişdi. Atışma olanda evdən çıxıb divarın dibində, çöldə dururuq. Ermənilər tez-tez atırlar”.

Qarşı tərəf adətən gecə saatlarında kəndi atəşə tutur. Əsasən iri çaplı silahlardan istifadə edilir. Ən çox həyəcan keçirən isə az yaşlılardır.

Vəlyəd İsmayılovun sözlərinə görə, hər gün atırlar, bizim evin yanına düşməyib, gəlib aşağı düşür: “Uşaqları aparıram aşağıda qohumumun evi var, qoyuram ora, yoldaşımla özüm qalıram”.

Alxanlı kəndilə yanaşı rayonun təmas xəttində yerləşən Şükürbəyli, Aşağı Əbdulrəhmanlı kəndinin Azərbaycanın nəzarətində olan hissəsi də atəşə tutulub.

Müdafiə Nazirliyi isə erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyətin nəzarətdə olduğunu deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm