Türkiyə qarışdı: Ölən və yaralananlar var - FOTOLAR
Bizi izləyin

Digər

Türkiyə qarışdı: Ölən və yaralananlar var - FOTOLAR

Türkiyənin Okmeydan səmtində baş verən iğtişaşlarda yaralanaraq xəstəxanaya aparılan Uğur Qurd həyatını itirib.

Türkiyədə, İstanbulun Okmeydanı məhəlləsində baş verən iğtişaşlarda yaralanaraq xəstəxanaya aparılan Uğur Qurd adlı şəxs həyatını itirib.

Bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu öz “Tvwtter” hesabında yazıb. Vali ölənin ailəsinə başsağlığı verib:

"Okmeydanı xəstəxanasında müalicə alan Uğur Qurd təəssüf ki vəfat edib. Allah rəhmət eləsin. Ailəsinə də başsağlığı verirəm".

Qeyd edək ki, bu gün səhər saatlarında Okmeydanında bir qrup solçu gənclər Soma faciəsi ilə bağlı etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis molotov kokteyli və daş atan qrupu təziqli su və qaz bombaları ilə dağıtmağa çalışıb. Toqquşmalar zamanı 30 yaşlı Uğur Qurd adlı şəxs başından ağır yaralanıb.

Olaylar bu gün geccə saatlarında daha da şiddətlənib. Okmeydanı ilə yanaşı İstanbulun başqa iri məhəllələrdində də etirazçılarla polis arasında qarşıdurmalar baş verib. Solçu gənclər bir neçə bank filalını və polis avtomobillərini yandırıblar. Onlarla polis və etirazçı yaralanıb.

İstanbul polisinin yazılı açıqlamasında qeyd olunur ki, səhər saatlarından həyata keçirilən əməliyyatlar zamanı etirazçılardan çoxlu sayda odlu silah və partlayıcı maddələr ələ keçirilib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm