Keçmiş nazirin qardaşı vətəndaşlara "eşşək" dedi
Bizi izləyin

Digər

Keçmiş nazirin qardaşı vətəndaşlara "eşşək" dedi

Binəli Yıldırımın qardaşı, Türk Qızılay İstanbul şöbəsinin sədri İlhami Yıldırımın Ox meydanında baş verən toqquşma ilə əlaqədar atdığı tvit böyük narazılığa səbəb olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş Rabitə və Nəqliyyat naziri Binəli Yıldırımın kiçik qardaşı, Türk Qızılay İstanbul şöbəsinin sədri İlhami Yıldırım dünən İstanbuldakı etiraz aksiyası ilə əlaqədar çox təhqiredici tvitlər atıb. İlhami tvitter hesabında “ya bu ölkədə eşşək kimi səssiz yaşayacaqsınız, ya da, rədd olub gedəcəksiniz” deyə bir tvit yazıb. Daha sonra əlavə edib: “Əgər arpanız çox olubsa, o arpanı qabağınızdan götürərik. Arpa daşıyanları da tanıyırıq” .

Yıldırım sərt reaksiyalardan sonra bir neçə saat hesabını dondurub. Daha sonra isə açıb, lakin məlum tvitlərini gizləyib. Və bu cür bir tvit atıb:“Biz bu ölkəni molotov kokteyli ilə, tapança ilə, fişənglə, daş-zopa ilə deyil, “nənə xatın”larla, yırtıq ayaqqabı ilə savaşaraq qurduq. Sizə verərikmi?”

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm