Azərbaycandan küsüb getdi, legioner Dina oldu
Bizi izləyin

Digər

Azərbaycandan küsüb getdi, legioner Dina oldu

Azərbaycandan küsüb getdi, legioner Dina oldu

“İlk ən böyük uğuru “illüziya” idi”

Şahin Diniyev Azərbaycanın Pro kateqoriyalı futbol mütəxəssisidir. Millimizin baş məşqçisi işləyib. Futbolçu kimi də bir çox uğurlara imza atıb.

Publika.Az “II Taym” layihəsi çərçivəsində bu dəfə futbol karyerası ərzində 12 müxtəlif komandada forma geyinmiş keçmiş futbolçu Şahin Diniyev haqqında məlumat verəcək.

Ş.Diniyevin futbolçu karyerası təsadüflərdən ibarət olub. Azərbaycanlı mütəxəssis futbolçu karyerası ərzində daha çox legioner həyatı yaşamaqla yaddaşlarda qalıb. “Terek”dəm isə ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb.

-1966-cı il 12 iyulda Beyləqan rayonunda andan olmuşam. Hər kəs kimi mənim də futbola marağım olub. Həyatda məktəb futbolu, məhəllə futbolundan keçmişəm. Peşəkar futbola gəlişim isə bir təsadüf nəticəsində olub. Belə ki, böyük qardaşım qatarla Beyləqandan Bakıya gələrkən kupe yoldaşı Bakıda idman məktəbinin rusiyalı məşqçi olub. Onlar futboldan danışmağa başlayıblar. Söhbət zamanı qardaşım mənim yaxşı futbol oynadığımı və futbolu çox sevdiyimi söyləyib. Həmin məşqçi də demişdi ki, gəlsin oyununa baxım. O zaman mən 7-ci sinifdə oxuyurdum. Qardaşım mənə dedi ki, gəl səni aparım oyununu izləsinlər. Gəldik Bakıya. Baxışdan uğurla keçdim və mənə dedilər qal səni götürdük. Belə deyək, artıq 7-ci sinifdən “qaraçılıq” həyatı yaşamağa başladım. Düzdür indikilərə baxdığımızda mən futbola gec gəlmişəm. Amma o dövrə görə tez idi. Beləliklə də idman təmayüllü internat məktəbində futbola başladım. Mənə futbolda ən böyük dəstək olan, uğurlarımın səbəbkarı Vladimir İvanoviç Qalaqtiyonov olub. O mənə futbolun sirlərini öyrədib. Yaşım artıqca daha da peşəkarlaşırdım. Belə futbol oynaya-oynaya milli komandaya düşmüşəm. Mənim futbol həyatımda ikinci ən önəmli şəxslərdən biri də Anatoli Banişevski olub. Onunla 1 il bir yerdə işləmişik. Banişevski məni ilk dəfə ustalardan ibarət “Avtomobilist” komandasına aparıb.

Sonradan karyeramda yeniliklər olub, komandalarımı dəyişmişəm. əvəzedici də mənim karyeram üçün uğurlu olub. Hər dəfə də irəli addım atmışam, nəinki geri…

1987-ci ildə “Neftçi”nin əvəzedici heyətində 1 il forma geyinmişəm. Sadəcə, mən ədalət görmədiyim yerdən özüm uzaqlaşıram. Danışmaq istəmirəm, bir hadisə oldu və mən oradan çıxıb Gəncəyə getdim”.

Azərbaycan futboluna küsdü, legioner oldu

-Bundan sonra mən, ümumiyyətlə, Azərbaycan futbolundan küsüb Kişinyova getdim. Orada Əhməd Ələsgərov adında bir nəfər var idi (indi də var). Məni ora dəvət elədi. Daha sonra isə mən legioner həyatı yaşadım. Mənim legioner həyatım 1989-cu ildə “Nistru” (Kişinyov)-da SSRİ çempionatında başladı. 1990-cı ildə Sovet Çempionatının başqa klubuna – “Fakel Voronezh”ə keçdim. 1992-ci ildə yenidən azərbaycan çempionatına- Gəncənin”Kəpəz” klubuna gəldim. 1 il burda oynadıqdan sonra “Terek”ə getdim. O dövrdə “Terek” Rusiya çempionatının birinci dəstəsində oynayırdı.

Təsadüfdən doğan zərurət

-Sırf təsadüf nəticəsində mənim ikinci ən böyük legioner həyatım başladı. Xarici ölkələrə legioner oldum(SSRİ xarici). O vaxtı, Vidadi Rzayevlə bir komandada oynayırdıq və ailələrimiz bizim üçün ev tutmuşdular. Bir gün evdə oturmuşduq, birdən qapı döyüldü, açanda gördük ki, iki nəfər qalstuklu insanlar. Onlar məndən soruşdu ki, sən xaricdə oyanamaq istəyirsənmi. O dövrdə də xaricdə oynamaq illuziya idi. O dövrdə kənarda oynamaq çox çətin idi. Düzdür mən onlara razılıq verdim, amma elə bildim ki, bu şok zarafatdır. Ancaq I qrupun sonunda Leninqradda biz oynayanda mənə bileti uzatdılar ki, sabah filan saatda Moskvadan uçursan. 1993-cü ildə mən İsrailə yollandım. 5 il orada müxtəlif komandalarda güclülər dəstəsində futbol oynadım. (“Hapoel Tayibe”-(1994), “Beitar Tel Aviv”(1994-1996) klublarında)

Bundan bir neçə il sonra da futbolçu karyerama zədə üzündən son qoydum.

Oynadığı dövrdə qazandığı ləqəb

-Millidə oynayarkən bizdə o vaxt yoldaşlıq görüşləri demək olar ki, yox idi. Azərbaycan yeni-yeni ayağa dururdu. Millidə 4 legioner həyatı yaşayan futbolçu var idi- mən, Jidkov, Nazim Süleymanov, Vəli Qasımov.Biz öz hesabımıza da gəlirdik ki, təki oynayaq, gəlib Azərbaycan yığmasına xeyir verək. O vaxtları bizdə. Avropa çempionatı və Dünya Çempıionatı idi. Təxminən 37-38 dəfə millinin heyətində forma geyinmişəm.

-Ümumiyyətlə, Kişinyovdan başlayaraq mənə “Dina” deyirdilər. Familyama uyğun olaraq o ləqəb qoyulmuşdu. Azərbaycan da isə sadəcə adım deyilirdi.

Davam edən dostluqlar

-Biz bir nəsil olmuşuq. Mənim oynadığım dövrdə Azərbaycanlı futbolçular çox az olub. Dediyim kimi, mən legioner həyatı sürmüşəm. Amma millidə oynadığım futbolçular var ki, onlarla bu günə qədər bizim əlaqələrimiz davam edir. Bunlar, Vidadi Rzayev, Vəli Qasımov, Elxan Həsənov, Nazim Süleymanov, Arif Əsədov. Dediyim kimi biz bir nəslin oyunçuları olmuşuq. İndi də bizim bir-birimizə hörmətimiz var. Görüşəndə o günləri xoş xatirələr kimi yada salırıq”.

Yadda qalan gülməli hadisələr

-Etiraf edək ki, bizim uğursuzluğumuz uğurumuzdan çoxdur. Uğurlarımız da təbii ki, var. Bunlar arasında yadda yaxşı xatirə kimi qalanları da, pis xatirə kimi qalanları da var. Gülməli qollarımız da olub. Məsələn, 1989-cu ildə bir matçda hesab 2:2 idi. Mən 3-cü qolu vurdum. Gənc oyunçu idi, 20 yaşında. Oyunun bitməyinə 2 dəqiqə qalmışdı. Özü də elə bir ayaqla vurdum ki o ayağım işləmirdi. Vurduğum qola görə, sevincimdən bütün stadionu qaçıram ki, gənc oyunçu kimi qələbə gətirmişəm. Görürəm ki, heç kim məni qucaqlamır. Mənə də maraqlı gəlir ki, axı qol vurmuşam məni niyə sevinclə qarsalamırlar. Sonradan bilmişəm ki, oyun verilibmiş, kimsə qol vurmalıymış. Qaçmağım da özümə qaldı (gülür).

Belə bir hadisə də olub. 1989-cu ilə soyuq müharibədən sonra Amerikaya getmişdik. Deməli, oyundan çıxıb hotelə yollandıq. Səhv elmirəmsə, 109-cu mərtəbədə qalırdıq. Bizə bir kart vermişdilər, hansı ki, indi hər yerdə var ondan. Amma o vaxt yalnız açar var idi. Sergey Nanni ilə birlikdə o kartla qapını aça bilmirdik. Gozlədik ki, kimsə gəlsin, otağa necə girdiyini görək. 20 dəqiqədən sonra bir yaşlı kişi ilə qadın gəldi. Onlara baxıb, o cür açdıq qapını. Ondan sonrası daha maraqlıdır. Deməli, yuyunmalıyıq, amma hamamda duş içəri salınmışdı, əllə açmağa da “krant” yox idi. Biz də belə şeylər görməmişdik axı. Nəinki biz, “Nistru” komandasının tərkibində heç kim suyun necə açıldığını bilmirdi. Kim gedirdi, tapa bilmirdi. Bir də “Torpedo”dan, “Çernomorets”dən uşaqlar var idi, 5 dəqiqədən bir qapını açıb soruşurdular ki, yuyunmursunuz. Biz də deyirdik ki, bir azdan yuyunacağıq. Onlar da bilmirdilər, bizdən də soruşmurdular ki, özlərini pis vəziyyətə salmasınlar. Axırda bunun yolunu mən tapdım. Onu da necə? Yeməyə düşməli idik. Dedim daha çimməyək, gedək yeməyə, “Getr”i götürüb tulladım hamama, gördüm ki, duşun altından keçəndə su gəldi, dayandı. O biri corabı da eyni qaydada atdım, yenə su gəldi, kəsildi. Sonra maykamı tulladım, axırda da özüm gəlib duşun altında durdum, su gəldi. Yaxşıca çimib çıxdım. İndi mənə baxıb, heç kim soruşa bilmir ki, necə çimdin. Guya hamımız bilirdik. Sonra uşaqlara başa saldım.

Səfərə çıxanda zümzümə edənlər arasında ən pis səsi olan özüm idim

- Yəqin ki, səfərə çıxanda zümzümə edən, mahnı oxuyan futbolçular olub. Onların arasında səsi ən yaxşı və ən pis olan kim idi?Ən pis səsi olan mən idim. Amma Nazim Əliyevin gözəl səsi var idi. Bir yerdə olanda muğam oxuyardı. Novruz Əzimovun da gözəl səsi var idi, muğam səsi idi. Nazim Süleymanovun yaxşı səsi var. Onlar zümzümə edəndə mən qulaq asmaq istəyirdim. Ən pis səsi olan da bir Jidkov idi, bir də mən. Mən zümzümə edəndə isə hərkəs çıxırdı. Oxuya bilməmək, və toylarda oynamamaq mənim çatışmazlığımdır. Gərək bunu da bacarasan”.

Diniyevin peşmançılığı

-O dövrdə bir təklif var idi, mən ondan imtina etdim. İndiyə kimi də peşman olmuşam. Mən “Fakel Voronezh”də oynayırdım. “Spartak” klubu var idi. O vaxt məşqçi Valeri Qazayev mənim arxamca adam yolladı ki, gəlsin ora . “Fakel Voronezh”lə Vladiqafqaz oynayanda mən yaxşı çıxış etmişdim. “Spartak”ın təklifindən imtina etdim. Mən bilməzdim ki, o bir il sonra Rusiya çempionu olacaq, UEFA çempionatında “Liverpul”la oynayacaq. Sadəcə dedim ki, mənə “Fakel Voronezh”də yaxşıdır. Bizim məşqçi də mənə demişdi ki, sən bir il sonra gedəcəksən xaricdə oynamağa. Mən ona inandım.

Mənim bəxtim gətirdi

- Millidə olduğunuz zaman Fransa ilə bir oyununuz olmuşdu(06.09.1995). 10:0 məğlubiyyət. Bundan sonra yəqin ki, hər kəs sizi və komandanı qınağa çəkirdi?

- Onu yadıma salmayın(gülür). Düzdür indi yaxşı şeyə də, pisə də cavab vermək lazımdır. Yaxşı olanda deyirik, özümüz etdik pis olanda deyirik ki, başqası. O da bizim məğlubiyyətimizdə artıq bir qara səhifəmiz idi. Qınağa gəlincə, o zaman mənim bəxtim gətirdi. Çünki, o zaman mən İsrail klubunda oynayırdım. Oyundan həmən sonra aeroportdan təkcə uçdum İsrailə və 6 ay Azərbaycana gəlmədim. O qınaqları hiss edə bilmədim. Sadəcə gələnə komandadkı futbolçular mənimlə bir az zarafat etdilər. Dedilər ki, bəz 1:0 uduzmusuz, sıfır da onların olsun. Onların millisi deyildi, onlar üçün acı yox idi. İçimdə düzdür bu məölubiyyətin yanğısı var idi. Sadəcə dediyim kimi vətənə qayıtdıqdan sonra artıq unudulmuşdu. Başqa məğlubiyyətlər başlamışdı”.

Futbolçu karyerası ilə vidalaşdı

-30 yaşından artıq zədə səbəbindən futbolla vidalaşdım. 1996-cı ildə məni İsrailin daha bir köklü klubu istəmişdi. Ondan öncəki klubda güclülər dəstəsində yaxşı çıxış etdiyimə görə, mənim menecerimə yaxşı bir təklif gəldi. Prezident dedi ki, mən bir dəfə məşqə çıxsın onunla müqavilə bağlayaq. Menecerim gəlib mənə dedi. Dedi ki, prezident gələcək sən də gəl orada 15 dəqiqə oyna müqavilə imzalayaq. Mənim ə həmin vaxtlarda bel ağrılarım başlamışdı. Nəinki meydançada qaçmaq ancaq uzanıqlı durmalı idim.

Menecerim məni məcbur elədi ki, necə ola bilər sən 15 dəqiqə dur bilməyəcən?! Gəldim isinmə hərəkətləri etməyə, 3-cü dəqiqədə belim tutdu oturdum yerə. Müqaviləm də bu səbəbdən baş tutmadı. Menecer yalvarırdı ki, ağrısan belə heç olmasa 15 dəqiqə ayaq üstə dur heç nə eləmə. Sadəcə meydançada ora-bura qaç deyirdi. Lakin alınmadı. Bununla da futbolu bitirdim”.

Şahin Diniyevin məşqçilik karyerası

-Məşqçiliyə isə 1997-ci ildə futbolçu karyeramı bitirən kimi başladım. İlk məşqçilik karyeram Azərbaycan 16 yaşa qədər futbolçulardan ibarət yığma komandasında baş məşqçi Vaqif Paşayevin yanında köməkçi məşqçi kimi başlayıb. 6 aydan sonra mən həmin komandaya baş məşqçi keçdim. Bir neçə il burada işləmişəm”.

Həyatımda ağır uğursuzluq baş verdi, karyeram bitdi.Bundan sonra mənim şəxsi həyatımda uğursuzluq oldu. Həyat yoldaşımla ağır avtomobil qəzasına düşdüm. Həmin qəzada həyat yoldaşımı itirdim. Özüm də ağır vəziyyətdə oldum bir müddət. Daha sonra karyerama son qoymaq qərarına gəldim. O dövrdə işləmək istəmirdim, həyata küskünləşmişdim. O insanlara bu gün minnətdaram ki, məni həyata qaytara bildilər. O insan Çeçenistanın Gənclər və idman naziri idi. O insanla yaxşı dost olmuşduq.

Dostu sayəsində yenidən məşqçiliyə qayıtdı

-Mən o dövrdə onun rəhbərliyi altında “Terek”də futbol oynamışdım. O eşidəndə ki, mənim həyatımda belə bir hadisə baş verib, gəlib məni güclə Kislavodskiyə apardı. Mən o zaman 3 ay xəstəxanada yatdım. 26 yerdən qabırğası qırılan bir insan necə olmalıdır? Özünüz düşünün. Psixoloji durumum da yetərli dərəcədə yaxşı deyildi. Məni sadəcə dedi ki, gedək orada sanatoriyada dincəl. Mən getmək istəmirdim. Dincəlmək adı ilə getdim. Ondan sonra məni qayıtmağa qoymadı. Dedi “Terek”ə məşqçi işlə. Düzdür razı deyildim həm gənc idim, həm də dedim evə qayıtmaq istəyirəm. Mənə dedi yox, biz dostuq, sən mənə kömək elə müvəqqəti olaraq işlə, bura baş məşqçi gələcək. 3ay belə getdi, sonda məni klubda baş məşqçi kimi saxladı. 1999-cu ildə həmin bədbəxt hadisə baş vermişdi artıq 200-2001ci illərdə mən “Terek”də baş məşqçi idim. Daha sonra yenə vətənə qayıtdım. Ayrı qala bilmirdim, uşaqlar da artıq böyüyürdü.

Qayıtdıqdan sonra isə “Qarabağ”a baş məşqçi təyin edildim. Həmin ili kiçik bir büdcəmiz var idi. Ona baxmayaraq UEFA kubokuna düşə bildik. Lakin sonra mühit məni qane eləmədi və mən çıxdım. Uğursuzluq günahını da öz üzərimə götürdüm. 2 il sonra Gəncənin “Kəpəz” klubuna getdim. Bundan 1il yarım sonra Azərbaycanın A milli komandasına gəldim.( 2005—2007)

Sonradan yenə köhnə dostlar həmin nazir məni “Terek”ə dəvət elədi. Əvvəl əvəzedici heyətdə(2009) baş məşqçi işlədim. 8aydan sonra “Terek”də əsas heyətə keçdim, ilk Azərbaycanlı məşqçi oldum(2009-2010)”.

Millidə məşqçi kimi gördüyü işlər

-Məni milliyə dəvət etdikləri zaman (2005-2007) mənə proqram istədilər. Məşqçləri keçməyim üçün.

Proqram da məndə şablon şəkildə yazılmamışdı. O mənim beynimdəki qrafik idi. Mənim milli ilə bağlı öz fikirlərim var idi. Çünki mən özüm futbolçu kimi millimizdə oyanmışdım, millini görürdüm və gələcəyin hansı addımlar atmasını da görürdüm. Mən başlayan zaman, anlayırdım ki, biz bu oyunçularla uğur qazana bilmərik. Biz mütləq gənclərdən başlamalı idi. Və bütün millilərimiz mənə baxırdı. U16, U18, U21 və A milli komandası – 4nü də mən üstlənmişdim. Düzdür məşqçilər də təyin edilmişdi, amma həmişə nəzarətimdə idi.

Biz hansısa bir addımlar atırdıq və gözümüzü dikmişdik arxadan gələnlərin hesabına. Bu bizdə də alınırdı. Bilirdim ki, onlar Avropada oynayıb A milliyə hazır gələcəklər. Bilirdik zəifik, amma istəyirdik, hansısa bir hücum edək. Biz kimliyindən aslı olmayaraq qol vəziyyətində dayanmağa çalışırdıq. Ustalığımızın səviyyəsinin olmaması aydın idi.

Ş.Diniyevin millidə qazandığı məbləğ

-Millidə işləyərkən aylıq məvacibim 8000 manat idi. İllik isə 96 min manat idi. Bir dəfə biz Finlandiya millisini məğlub etdik, heyətin 33nəfərin hər biri 2000 dollar pul aldılar. Bunu tam səmimiliklə deyirəm.

Övladları atasının yolunu davam etdirir

-İki övladım futbol oynayır. Onu bilirəm ki, məndən yaxşı oynayırlar. Biri 19 yaşında Kərim Diniyev(Hazırda “Sumqayıt”da), digəri 17 yaşında- Coşqun Diniyev( “İnter”də). Onlara xarici klublardan transfer təklifinə gəldikdə isə, kiçik övladıma gəlmişdi. Düzdür müqavilə bağlamamış nə isə danışmaq ya piyar olur ya da reklam olur. Olan şey haqqında danışaq. Mən də istəmirəm övladlarımı nə piyar edim nə də reklam. Dediyim kimi, kiçik oğluma Türkiyənin iki gənclərdən ibarət klubundan təklif gəlmişdi. Müqavilədə bəzi problemlər oldu, alınmadı. Mən onlar həmişə demişəm bugünkü futbol durumları ilə qane olmamalıdırlar, irəliyə addım atmalıdırlar.

Amma mənim onlardan başqa iki övladım da var. Qızımın 9, oğlumun isə 7 yaşı var(gülür).

Aygün İlqarqızı

Foto: Nuron Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm