Nazirin girov götürülən qardaşı üçün 6 milyon dollar istədilər – VİDEO + FOTOLAR
Bizi izləyin

Digər

Nazirin girov götürülən qardaşı üçün 6 milyon dollar istədilər – VİDEO + FOTOLAR

Nazirin girov götürülən qardaşı üçün 6 milyon dollar istədilər – VİDEO + FOTOLAR

Kaxaber Kaladze veteran futbolçudur. O, 1996-cı ildən 2011-ci ilə qədər Gürcüstan milli komandasının şərəfini qoruyub.

2001-2003 və 2006-cı illərdə Gürcüstanda “ilin ən yaxşı futbolçusu” seçilib. Hazırda siyasətlə məşğul olur. Futbol karyerası ərzində "Kaxa"ləqəbi ilə tanınıb.

Publika.az “II taym” layihəsi çərçivəsində karyerasını bitirəndən sonra siyasətlə məşğul olan Kaxa Kaladze haqqında məlumat verəcək.

Kaladzenin erkən başlayan karyerası

Kaladze 1978-ci il fevralın 27-də Qara dəniz yaxınlığında yerləşən Samtredia şəhərində anadan olub. Atası Karlo Samtredia "Lokomotiv"ində çıxış edib. Daha sonra ata Kaladze komandanın prezidenti seçilib. Kaladze hələ 11 yaşında olanda “Samtredia”nın formasını geyinib. 1993-cü ildə peşəkar karyerasına Tbilisi "Dinamo"sunda başlayıb. Orda 5 mövsüm çıxış etdikdən sonra Kiyev “Dinamo”suna transfer olub. 3 mövsüm də kiyevdə top qovub. 2000-2001 mövsümündə “Milan”a transfer olunub. İlk dəfə 16 yaşında “Dinamo” Tbilisinin heyətində çempionluq sevinci yaşayıb. 1998-ci ildə təxminən 280.000 avro qarşılığında Kiyev “Dinamo”suna keçib. Kiyevdə 71 oyuna çıxıb, 5 qola imza atıb. “Dinamo”nun heyətində Çempionlar Liqasının yarımfinalında oynayıb. Yarımfinala gedən yolda “Dinamo” “Real” “Barselona” və “Arsenal” kimi komandaları məğlub edib.

2001-ci ildə “Milan”a keçən Kaladze bu klubla İtaliya çempionu olub, 2 dəfə Çempionlar Liqasını qazanıb. Bundan əlavə, Milan klubunun heyətində UEFA Superkubokunun, və klublararası dünya çempionatının da qalib olub. 2010-cu ildə “Ceno”aya keçən Kaxa bu komandanın heyətində 56 oyuna çıxıb, 2 qol vurub.

2 avtoqolla komandasını məğlub etdi

Kaladze milli komandada forma geyinməyə 1993-1994 mövsümündə U-17 ilə başlayıb. Daha sonra U-19 və U-21-də oynayıb. Nəhayət 1996-cı ildə əsas milliyəı dəvət alıb. Millinin heyətində 84 dəfə (50-sində kapitan kimi) meydana çıxıb. 2009-cu il sentyabrın 5-də keçirilən Gürcüstan - İtaliya görüşündə avtoqola imza atıb, öz qapılarına 2 qol vurub. Gürcüstan həmin qarşılaşmada məğlub olub - 0:2.

Futboldan kənar işləri

Kaldze futboldan əlavə bizneslə və xeyriyyə işləri ilə də məşğul olub. Onun “Kala Sərmayə” adlı bir şirkəti, “Kala Vəqfi” ilə yanaşı, “SOS Uşaq Kəndləri” adlı təşkilatı da olub. Həmçinin Kaladze Milanda “Giannino” adlı restoranın da sahibidir.

Futbolla vidalaşdı

Kaladze 2011-ci il dekabrın 11-də futbolla vidalaşdığını rəsmən açıqlayır. 2013-cü ilin iyun ayının 1-də Tbilisidə Kaladzenin şərəfinə vida oyunu keçirilib.“Milan”ın ulduzları və “Kaladzenin dostları” arasında baş tutan görüşdə birincilər qalib gəlib (3:1).

İdmandan sonra siyasət

Kaladze 2012-ci ilin vevral ayında Bidzina İvanişvili tərəfindən yaradılan müxalif "Dream-Demokratik Georgia" partiyasının sıralarında siyasətə daxil olur. Daha sonra Kaxa Kaladze nazir vəzifəsini icra edir. Belə ki, parlament seçkisində qələbə qazanan “Gürcü arzusu” blokunun rəhbəri, baş nazir Bidzina İvanişvili onu 2012-ci il oktyabrın 1-də özünə müavin təyin edir.

Həmin ilin 25 oktyabrında isə baş nazirin müavini postuna təsdiqlənir.

Kaladze millət vəkili kimi də fəaliyyət göstərməklə yanası, Gürcüstanın infrastruktur naziri vəzifəsini də icra edir. Daha sonra isə o, enerji və təbii ehtiyatlar naziri kimi fəaliyyət göstərir.

İvanaşvili siyasətinə maddi yardım etdi

Mətbuatda yayılan xəbərlərə görə, Kaxa Kaladze Gürcüstanda özəl banka rəhbərlik edib və müxalifətdə olan “Gürcü arzusu” koalisiyasına maddi dəstək verib.

Kaladze böyük sərvət sahibdir

2012-ci ilin dekabr ayında Gürcüstanda aparılan araşdırmalardan sonra ən zəngin nazir Kaxa Kaladzenin olduğu bildirilib.

Kaladzenin Gürcüstanda 7 torpaq sahəsi, 6 mənzili, Ukraynada da həmçinin mənzil və torpaq sahələri var. Bundan əlavə, onun 9 avtomobili – “Lexus LX570”, “Toyota LC200”, “Rang Rover Vogue”, “Rolls Royce Phantom”, “Porche Panamera”, “Lamborghini Nurcelago”, “Bentley Continental”, “Mercedes Benz S65”, “Mercedes Benz S600” və motosikletləri – “Harley Davidson Springer”, “Harley “Davidson V Rod” var. Nazirin mülkiyyətinə rəssam Lado Qudiaşvili və Yelena Axvledianinin hər birinin 3 əsəri daxildir. Qiymətli kağızlara gəlincə isə, Kaladzenin 13 milyon 195 min 77 səhmi var ki, onların da hər birinin nominalı 10 lari təşkil edir (təxminən 6 dollar).

Kaladze Saakaşvilini “vurdu”

Kaxa Kaladze 2012-ci ildə mətbuata açıqlamasında Sakaşvili haqqında sərt çıxış etmişdi: “Mixail Saakaşvilinin hakimiyyətdə qalmaq istəyi, eləcə də ölkənin baş naziri olmaq arzusu “Gürcü arzusu”və gürcü xalqının sayəsində məhv olub. Saakaşvilinin baş nazir təyin edilməsi üçün hakimiyyət konstitusiyanı dəyişdi. Yəni o da Vladimir Putinin getdiyi yolu təkrarlamaq istədi. Lakin bu, alınmadı”.

Osetinlərə yardım

2008-ci ildə Rusiya ilə yaranan konflikt vaxtı zərəçəkmiş Cənubi Osetiyalı qaçqınlara yardım etmək üçün rəhəbrlik etdiyi “Kala Yardım Vəqfi”nin ayırdığı 50 000 avronun üzərinə şəxsi vəsaitindən də əlavə edib.

Nazirin modelyer yoldaşı

Ailəlidir, bir övladı var. Onun yoldaşı Anouki Areşidze Gürcstanda dizayner və modelyer kimi məşhurdur. Onlar “ən yaraşıqlı cütlük” seçiliblər.

Qardaşı ölü tapılıb

2001-ci ildə qardaşı Levan Kaladze Gürcüstanda girov götürülmüş və sərbəst buraxılması üçün 6 milyon dollar tələb edilmişdi. Ailəsinin bu vəsaiti ödəməsinə baxmayaraq, Levanın cəsədi 2006-cı ildə Svanetya bölgəsində tapılmışdı. Onun qardaşı Gürcüstan Tibb Universitetinin tələbəsi idi. Levan Kladzeni qaçıranlar tutularaq 30 il həbs cəzasına məhkum olundular.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm