Aynur Camalqızı: “Cənab Prezidentə müraciət etməliyik”
Bizi izləyin

Digər

Aynur Camalqızı: “Cənab Prezidentə müraciət etməliyik”

Şair Aqşin Yeniseyin ağır diaqnozla xəstəxanaya yerləşdirilməsinə “Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı münasibət bildirib. O, bütün media quruluşlarının rəhbərlərini cavan şairə dəstək olmağa çağırıb:

Şair Aqşin Yeniseyin ağır diaqnozla xəstəxanaya yerləşdirilməsinə “Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı münasibət bildirib. O, bütün media quruluşlarının rəhbərlərini cavan şairə dəstək olmağa çağırıb:

“Həkimləri Aqşinin durumunun kritik olduğunu bildirir. O, bizim holdinqdə işləyib. “1937.Az”-ın bir media layihəsi kimi araya-ərsəyə gəlməsində böyük xidmətləri var. Təbii ki, biz onun müalicə olunması, sağalıb ayağa qalxması üçün nə mümkündürsə, edəcəyik. Amma düşünürəm ki, bu çətin məqamda bütün media Aqşinin yanında olmalıdır. O, çox istedadlı şairdir. Onun sağlamlığını bərpa etməsi Azərbaycan ədəbiyyatının və jurnalistikasının qazancı deməkdir. Həmkarlarımı Aqşinə həm maddi, həm mənəvi dəstək olmağa çağırıram”.

A.Camalqızı Mətbuat Şurasına, KİVDF-yə, Səhiyyə Nazirliyinə müraciət etməyin vacibliyini bildirib: “Həmkarımız ağır xəstəliklə çarpışır. Mediada buna bənzər olay bir neçə dəfə olub. Nicat Dağlar Prezident İlham Əliyevin maliyyə dəstəyi ilə müalicə olundu, sağaldı və ailəsinə qayıtdı. Mən əminəm ki, Cənab Prezidentə müraciət etsək, O, bizim xahişimizə yüksək həssaslıq və qayğıkeşliklə reaksiya verəcək. Dövlətimizdən və Prezidentimizdən kömək istəməliyik”.

Xatırladaq ki, Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Süleymanov mediaya açıqlamasında onun durumunun ağır olduğunu bildirib: “Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb. Onda həm qaraciyər serrozu var, həm də sarılıq xəstəliyi...”

Həkimin sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çəıtindir: “Tibbdə bu, çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”.

T.Süleymanov əlavə edib ki, onun xarici ölkələrdə müalicəsi mümkün ola bilər: “Türkiyə, İranda bu xəstəliklə bağlı ixtisaslaşmış xəstəxanalar var. İmkan olarsa, onun qaraciyərini də dəyişmək lazımdır. Amma bu, ağır prosesdir. Həm də indiki halda Aqşini Bakıdan çıxarmaq olmaz. Onun rəngi sapsarıdır, hər an komaya düşə bilər. Biz bunun qarşısını almağa çalışırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm