Xaçmazda iki məktəblinin dəhşətli sevgi faciəsi: Acı sonluq
Bizi izləyin

Digər

Xaçmazda iki məktəblinin dəhşətli sevgi faciəsi: Acı sonluq

Xaçmaz rayonunda asılmış vəziyyətdə meyitləri tapılmış iki məktəblinin intihar səbəbləri məlum olub.

Xaçmaz rayonunda asılmış vəziyyətdə meyitləri tapılmış iki məktəblinin intihar səbəbləri məlum olub.

Rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov açıqlamasında, intiharının səbəblərinin məlum olduğunu deyib.

Onun sözlərinə görə, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər: “Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub.

Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb. Valideynlər meşə massivinə gəliblər və orada gənclərin asılmış vəyiyyətdə olan meyitləri qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub”.

Hadisə ilə əlaqədar olaraq Xaçmaz rayon Prokurorluğunda özünə qəsd etmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, İntihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib. Meyitləri tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı olub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm