Feministlərin Avropa Parlamentində deputatı olacaq
Bizi izləyin

Digər

Feministlərin Avropa Parlamentində deputatı olacaq

İsveçdə Avropa Parlamentinə seçkilər sona çatıb.

İsveçdə Avropa Parlamentinə seçkilər sona çatıb.

Publika.az xəbər verir ki, rəsmi olmayan nəticələrə görə, həddindən artıq sağçı immiqrant əleyhdarı İsveçli Demokratlar Partiyası əvvəlki seçkilərə nisbətən səslərinin sayını artıraraq üçüncü partiya olub.

Bu il ilk dəfə seçkilərə qatılan Feminist Partiyası da xeyli səs toplayaraq Avropa Parlamentində təmsil olunmaq hüququ əldə edib.

Koalisiyon hökumətdə yer alan Moderatlar Partiyası seçicilərinin 5 faizini itirərək böyük məğlubiyyət yaşayıb.

Müxalifət partiyası isə əvvəlki seçkiədəki kimi səs nisbətini olduğu kimi qoruya bilib.

Seçkilərin qalibi isə 24 faiz səs toplayan İctimai Demokratlar Partiyası olub.

Bu nəticələrə görə Avropa Parlamentinə İctimai Demokratlar 6 , Moderatlar 3, Yaşıllar 3, isveç Demokratlar 2, Xalq Partiyası 2, Sol Partiya, Xristian Demokratlar, Mərkəz Partiya və Feminist Partiya 1 nümayəndə göndərə bilib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm